AZ

Azərbaycan Xüsusi Təyinatlılarının döyüş maşınları – GÜRZƏ, KOBRA...

4985aa1c609ab52d428b087c314951ba.jpg
19.10.2020 12:28

Kəşfiyyat hər dövlət üçün onun müstəqilliyinə, bütövlüyünə qarşı içdən və xaricdən gələn mövcud təhdidlər haqqında məlumat yığmaq baxımından imtina edilməz bir ehtiyacdır. Son günlərdə Azərbaycan Ordusunun əldə etdiyi uğurlarda da kəşfiyyat xidmətinin rolu böyükdür. 

 

TED.az Azərbaycan Quru Qoşunlarının silahlanmasında yer alan kəşfiyyat maşınları barədə məlumatı təqdim edir.

 

Bu avtomobillər arasında ABŞ, İsrail, Türkiyə, Almaniya, Fransa, Böyük Britaniya, Polşa istehsalı ilə yanaşı milli istehsalımız, həmçinin CAR-ın lisenziyası ilə Azərbaycanda istehsal olunan döyüş kəşfiyyat maşınları yer alır. 

 

Müdafiə Sənayesi Nazirliyinin mühəndisləri tərəfindən yaradılmış “Gürzə” patrul maşını barədə məlumat ictimaiyyətə açıqlanıb. Maşının silahlanmasına üst hissədə 360 dərəcə bucaq altında fırlana və 45 dərəcə bucaq altında hədəflərə atəş aça bilən 12.7 mm-lik 1 ədəd pulemyot, yanlarda isə 2 ədəd 7.62 mm çaplı pulemyot, bu silahlar üçün böyük həcmdə patron ehtiyatı daxildir. Maşının silahlanmasına, həmçinin avtomatik qumbaraatan və digər vasitələr əlavə etmək olur. Yüksək keçicilik qabiliyyətinə malik maşın 114 at gücündə mühərriklə təchiz olunub.

 

 

Kod adı bəbir olan “Matador” Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin Cənubi Afrika Respublikasının “Paramount Group” şirkəti ilə müştərək istehsal etdiyi zirehli transportyordur. Ağırlığı 15.300 kq, sürəti 120 km/saatdır. İkiqat kompozit zireh üstün balistik müdafiə təmin edir. Uzunluğu 7,27 metr olan avtomobilin dönmə radiusu 20 metr, dalış dərinliyi 0,9 -1,4 m-dir.

 

 

“AİL Storm” İsrail təhlükəsizlik qüvvələri tərəfindən istifadə edilən İsrail istehsalı olan avtomobildir. Yolsuz yerlər üçün nəzərdə tutulub. "Automotive Industries Ltd." (AIL) şirkəti tərəfindən hazırlanıb və 1990-cı ildən "Chrysler"in lisenziyası ilə Nasaret-İllit şəhərində istehsal edilir. "Storm" maşınları 5 pilləli mexaniki ötürməli AX154 və ya 4 pilləli avtomatik transmissiyadan istifadə edir.

 

 

Türkiyə istehsalı olan “Otokar Kobra” yaxşı bir ballistik qoruma ilə yanaşı, eyni platformanın fərqli vəzifələrə adaptiv olması ilə tanınır. Oxşar gövdə və infrastruktur üzərinə hazırlandığı üçün xidmətdə böyük asanlıq təmin edir. Ağırlığı 6200 kq, sürəti 115 km/saatdır.

 

 

Bundan başqa, Azərbaycan və CAR-ın birgə istehsalı olan Marauder, Almaniyanın Mercedes-Benz G-Class, Polşanın Tarpan Honker, Fransanın Renault Sherpa 2, ABŞ-ın Humve, Cougar, Türkiyənin Otokar Kobra, Otokar ZPT, İsrailin AİL Abir, Sand Cat, Böyük Britaniyanın Land Rover Defender kimi döyüş kəşfiyyat maşınları Azərbaycan Xüsusi Təyinatlılarının silahlanmasında yer alır.

 

 

Günel QURBANOVA

QARABAĞ bölməsindən digər xəbərlər

Daha çox