Koordinatların foto ilə ötürülməməsi üçün telefonda bu funksiyanı söndürmək lazımdır
Dəfələrlə əhaliyə hərbi məlumatların sosial şəbəkələr vasitəsilə ötürülməməsi ilə bağlı xəbərdarlıq edilib. Son günlər isə sosial şəbəkələrdə paylaşılan foto, videolar vasitəsilə koordinat və bir sıra strateji əhəmiyyətli məlumatların ötürülməsi müzakirə olunur.
Bu, hansı üsullarla mümkündür?
Mövzu ilə bağlı TED.az-a danışan İnformasiya təhlükəsizliyi üzrə ekspert Fərid Zeynalov bildirib ki, fotonun telefon, yaxud fotoaparatla çəkilməsindən asılı olmayaraq onun vasitəsilə bəzi məlumatları əldə etmək olur: "Smartfonda GPS ötürmə funksiyaları açıqdırsa, bu mümkündür. İstənilən foto və ya video çəkilərkən yaranan faylın meta data adlı hissəsi olur. Meta data "məlumat haqqında məlumat" deməkdir. Bu meta datalarda tarix, fotonu çəkən cihazın modeli və s. göstərilir. Həmçinin geoloji koordinatlar hər biri oraya düşür. Bunun üçün qarşı tərəfin cihazina daxil olmağa ehtiyac yoxdur. Foto paylaşılıbsa, onu götürərək meta datalarını oxumaq, çəkildiyi yerin koordinatlarını əldə etmək mümkündür".
Ekspertin sözlərinə görə, belə halların qarşısını almaq üçün smartfonda GPS söndürülməlidir: "Telefonun GPS funksiyası söndürülsə, koordinatlar qeydə alınmır. Amma başqa meta datalar qalır. Çünki koordinatlar məhz onun vasitəsilə ötürülür. Təəssüf ki, heç də hamıya "cihazın GPS-ini söndürün" demək olmaz. İstənilən halda, hərbi məlumatı özündə əks etdirən məlumatlar paylaşılmamalıdır".
Lamiyə SÜLEYMANLI
Texnologiya bölməsindən digər xəbərlər
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD











