AZ

Bərdəyə atılan raket atəşi nəticəsində ölənlərin adları məlum olub - YENİLƏNİB

a163e7d229531d2019b70c7049963be8.jpg
27.10.2020 18:00

Bu gün Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə rayonu Qarayüsifli kənd ərazisinə raket atılması nəticəsində həlak olanların sayı 4-ə çatıb. 

 

TED.az xəbər verir ki, həlak olanlar Ofelya Cəfərova, Ehtiram İsmayılov, Aybəniz Əhmədova və 8 yaşlı İsgəndərova Aysu Rövşən qızıdır.

 

***

18:00

Ermənilərin Bərdəyə raket atması nəticəsində 8 yaşlı İsgəndərova Aysu həlak olub. 

 

Ümumillikdə hadisə nəticəsində 4 nəfər həlak olub, 10 nəfər ağır yaralanıb.

 

***

17:54

 

Bu gün Ermənistan silahlı qüvvələri tərəfindən Bərdəyə atılan raket nəticəsində ölənlərin sayı 3 nəfərə, yaralıların isə 10 nəfərə çatdı. 

 

Qeyd edək ki, raket Bərdə rayonunun Qarayüsifli kəndi ərazisində yaşayış məntəqəsinə düşüb.

 

***

17:26

 

Ermənistan silahlı qüvvələri humanitar atəşkəs rejimini vəhşicəsinə pozaraq Azərbaycanın Bərdə bölgəsinin mülki sakinlərinə raketlərlə hücum edib. 

 

TED.az xəbər verir ki, bunu Prezidentin köməkçisi Hikmət Hacıyev Twitter səhifəsində yazıb.

 

O qeyd edib ki, bu dəhşətli hücum nəticəsində bir mülki şəxs ölüb, dörd mülki şəxs isə yaralanıb.

 

"Ermənistanın hərbi cinayətləri dayandırılmalıdır",- deyə Hikmət Hacıyev vurğulayıb.

TED + bölməsindən digər xəbərlər

Daha çox