Raket hücumlarından necə qorunmalı, yaxud da ŞƏHƏRLƏRİN MÜDAFİƏSİ NECƏ TƏŞKİL OLUNMALIDIR?
Ermənsitan Silahlı Qüvvələri müharibə qanunlarına zidd olaraq, Azərbaycanın bir neçə mülki obyektləri və dinc sakinlərini raket atəşinə məruz qoyur. Xüsusilə də, düşmən raketlərinin hədəfi əhalinin sıx olduğu ticarət mərkəzləri, xəstəxanalar, ictimai nəqliyyat və digər ərazilərdir.
Şəhəri raket atəşlərindən necə qorumaq olar? TED.az-ın materialında.
Mütəxəssislər hesab edirlər ki, raket atəşlərindən qorunmaq üçün ilkin və etibarlı vasitə hava hücumundan müdafiə sistemləridir.
Hazırda Azərbaycanda mövcud olan hava hücumundan müdafiə sistemlərinin siyahısı:
S-300 Favorit zenit raket kompleksi
S-200 Veqa zenit raket kompleksi
S-125 Neva Peçora zenit raket kompleksi
S-75 Dvina zenit raket kompleksi
2K11 Kruq zenit raket kompleksi
2K12 Kub zenit raket kompleksi
9K37 Buk özüyeriyən zenit raket kompleksi
9K33 Osa özüyeriyən zenit raket kompleksi
9K332 ME Tor M2E2 batareya
9K35 Strela-10 özüyeriyən zenit raket kompleksi
9K38 İqla (300 qurğu 1500 raket)
T-38 Stilet zenit raket kompleksi
ZSU-23-4 Şilka
ZU-23 (yedəkdə daşınan)
Barak 81 divizyon (9 sistem 75 raket)
Lakin mütəxəssislər qeyd edirlər ki, hava hücumundan müdafiə sistemləri şəhərə olan raket atəşlərinin qarşısını hər zaman ala bilmir.
Ona görə də, əhalinin təhlükəsizliyini təmin etmək üçün digər və əsas vasitə olan sığınacaqlar olmalıdır. Müharibə şəraitində olan ölkələrin mülki müdafiə məsələləri diqqətdə saxlanılmalıdır. Əhalinin raket hücumundan zərər görməməsi üçün onların müəyyən sığınacaqlara yerləşdirilməsi mütləqdir.
Sığınacaq dedikdə əhalinin, eləcə də, qoşunların şəxsi heyətini bütün qırğın vasitələrinin zədələyici təsirindən qorumaq üçün tikilən xüsusi qurğular nəzərdə tutulur. Sığınacaq mülki müdafiədə kollektiv mühafizə vasitələrinin əsas növüdür. Sığınacaqdan ilk dəfə Birinci Dünya Müharibəsi zamanı istifadə edilib.
Sığınacaq möhkəm inşaat materiallarından tikilir. Nüvə partlayışının zərbə dalğası təsirindən, radioaktiv, kimyəvi, bakterioloji maddələrdən qorunmaq üçün hermetik olur, ventilyasiya qurğusu ilə təchiz edilir və burada adamların 2-3 gün qalması üçün şərait yaradılır.
Sığınacaqlarda adamların yerləşdiyi əsas otaqlardan başqa ərzaq, su ehtiyatları saxlanan otaqlar, sanitariya qovşağı və digərləri üçün nəzərdə tutulan yardımçı otaqlar, kanalizasiya, isitmə sistemi, qəza halları üçün giriş və çıxış yolları olur. Metropoliten stansiyaları, yeraltı qazmalar və digərlərindən də sığınacaq kimi istifada edilə bilər.
TED + bölməsindən digər xəbərlər
Bakcell-də hədiyyə mövsümü başladı
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan
Həftənin ən çox oxunanları
Bakcell-də hədiyyə mövsümü başladı



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD











