Füzulidə “Türk Törəsi” - beynəlxalq yay məktəbi - FOTO
Füzuli şəhəri Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin qrant dəstəyi ilə reallaşan “Türk Törəsi” - Füzulidə beynəlxalq yay məktəbi layihəsinin açılış mərasimi və təlimləri baş tutub.
TED.az xəbər verir ki, türk dünyası ölkələrinin təhsil və mədəniyyət sahəsində əməkdaşlığını təşviq edən layihə işğaldan azad olunan ərazilərdə məktəblilərin sosial-emosional, rəqəmsal və yaradıcı inkişafını dəstəkləmək, həmçinin Türk dövlətlərinin ortaq mədəni və təhsil dəyərlərini təbliğ etmək məqsədi daşıyır.
Açılış mərasimində məktəblilərə layihənin məqsədi, məzmunu və qarşıdakı fəaliyyətlər barədə məlumat verilib. Tədbirdə Füzuli şəhəri Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin şagirdləri musiqili proqram ilə çıxış ediblər.
Daha sonra Türkiyə Respublikasının Milli Eğitim Bakanlığı Adana Çukurova Bilim və Sanat Mərkəzinin əməkdaşı Çiğdem Şahin “İstedadlı şagirdlərlə işin təşkili və sosial-emosional bacarıqlar” mövzusunda interaktiv şəxsi inkişaf təlimi keçirib. Təlim zamanı məktəblilər praktik fəaliyyətlər, qrup müzakirələri və yaradıcı düşünmə məşğələlərində iştirak ediblər.
Beynəlxalq məktəbin təlim proqramında həmçinin “FZ Academy” Tədris Mərkəzinin qurucusu və rəhbəri Fəzail Zəkəriyyə, eləcə də Celta və Oxford TEFL sertifikatlı peşəkar mentor Novruz İsmayılpur da çıxışçı və təlimçi qismində iştirak edirlər.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin qrant dəstəyi ilə "Türk Dünyası Mədəniyyəti" İctimai Birliyi tərəfindən reallaşan “Türk Törəsi” layihəsi Füzuli məktəblilərinin yaradıcı potensialının və sosial-emosional bacarıqlarının inkişafına, onların təlim prosesində fəallığının artırılmasına, eyni zamanda Türk xalqlarının ortaq tarix, mədəniyyət və dəyərlərinin təbliğinə xidmət edir.
TED + bölməsindən digər xəbərlər
Valve təsdiqləyir: Android oyunları Steam-ə gəlir
Google Pinterest-ə bənzər funksiyanı buraxır
Audi şirkəti Formula 1 avtomobilini təqdim etdi
Hyundai IONIQ 6 N üzə çıxdı!
Samsung televizorları üçün şad xəbər
iPhone HMO displeyi iPhone-da inqilab edə bilər
Google Play çoxdan gözlənilən funksiyanı təqdim etdi
OPPO ColorOS 16 Yeniləmə Cədvəlini elan etdi
Toy Story 5-in treyleri yayımlandı!
OpenAI problemdədir
Huawei-nin yeni nəsil qatlana bilən telefonu yoldadır
WhatsApp Windows 11-də veb-əsaslı versiyaya keçir!
Samsung orta səviyyəli seqment üçün yeni model hazırlayır!
Alien: Earth ikinci mövsümü alacaqmı?
Android batareyası xəbərdarlığı Play Store-a gəlir
Apple Vision Pro üçün PlayStation nəzarətçi dəstəyi!
Apple və WhatsApp casus proqram kampaniyasına başladılar!
Tesla tətil yeniləməsi üçün geri sayım başladı
Yeni Kia Telluride təqdim olundu
WhatsApp böyük şokla üzləşir: AB tənzimləmələri başladı!
Xiaomi 17 Ultra dekabrda Çində təqdim olunacaq!
Google Disk üçün yeni süni intellekt funksiyası: Audio xülasələr!
Galaxy Ring Galaxy XR-ni idarə edə biləcək!
Peugeot Polyqon Konsepti: Gələcəyə İşıq Tutmaq 208
Supermen kainatı genişlənir: Yeni seriya!
Honor 500 seriyası üçün geri sayım başlayır!
Google Xəritənin yeni rejimi əksər telefonlarda mövcud olmayacaq!
Stiv Cobs 10 dəqiqə ərzində Mac kalkulyatorunu necə hazırlayıb?
Həftənin ən çox oxunanları
Honor 500 seriyası üçün geri sayım başlayır!
HyperOS 3 yeniləməsi daha çox cihaza yayılır!
TEXİO Academy BDU-nun “Peşəkar gələcəyə doğru körpü” adlı Karyera Sərgisində iştirak edib
TEXİO Academy BDU-nun “Peşəkar gələcəyə doğru körpü” adlı Karyera Sərgisində iştirak edib
Google Maps üçün Tesla Supercharger funksiyası!
Peugeot Polyqon Konsepti: Gələcəyə İşıq Tutmaq 208
Supermen kainatı genişlənir: Yeni seriya!
Google Xəritənin yeni rejimi əksər telefonlarda mövcud olmayacaq!
Stiv Cobs 10 dəqiqə ərzində Mac kalkulyatorunu necə hazırlayıb?
Android batareyası xəbərdarlığı Play Store-a gəlir



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD

