AZ

Redmi Note 9 seriyasının təqdimat tarixi bilindi

e1288f6bba016a87f0c81251f5b415ae.jpg
21.11.2020 18:44

Xiaomi şirkəti Redmi Note 9 seriyasının təqdimat tarixini açıqlayıb. 


TED.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, noyabrın 26-da təqdim ediləcək seriyada Note 9 Pro və Note 9T smartfonları olacaq.


İddiaya görə, seriyada yer alan Note 9 Pro telefonu, xüsusən diqqət çəkəcək. 


Belə ki, smartfonda 6,67 düymlük, 1080×2400 parlaqlığa malik, 120 Hz yenilmə gücündə ekran yer alacaq. Snapdragon 750G prosessorundan güc alacaq model 8 GB əməli, 64/128/256 GB daxili yaddaşa sahib olacaq.


108 MP əsas, 8 MP 120 dərəcəlik ultrageniş obyektiv, 2 MP dərinlik, 2 MP makrosensoru quraşdırılacaq. Ön kamera isə 16 MP gücündə olacaq. 


Qeyd edək ki, telefonların qiyməti barədə hələlik açıqlama verilməyib. 

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox