Vətən Müharibəsində ad çıxaran zirehli texnika - Otokar Kobra
İkinci Qarabağ Müharibəsi Azərbaycanın qızıl hərflərlə yazılan yeni tarixinin təməli oldu. Ən müasir döyüş texnikalarından istifadə edən əsgər və zabitlərimiz düşmənin canlı qüvvəsini, texnikasını məhv edərək, xalqımıza qələbə sevincini yaşatdı.
TED.az-ın məlumatına görə, haqqında çox danışılan, ikinci Qarabağ savaşında ad çıxaran döyüş texnikalarından biri də "Marauder" və "Otokar Kobra" zirehli avtomobilləri oldu.
Dağlıq ərazilərdə yüksək manevr imkanları və şəxsi heyəti qoruma qabiliyyəti ilə özünü sübut edən "Otokar Kobra" Türkiyə istehsalıdır.
Ağırlığı 6200 kq olan bu döyüş kəşfiyyat avtomobilinin sürəti 115 km/saatdır. Hündürlüyü 2,1 metr, uzunluğu 5,23 , eni isə 2,2 metrdir.
Avtomobil silahlı qüvvələrin zirehli təkərli vasitəyə ehtiyacı istiqamətində ən uyğun həlli təmin etmək üçün istehsal olunub.
Kobra yaxşı ballistik qoruma ilə yanaşı, eyni platformanın fərqli vəzifələrə adaptiv olması ilə tanınır. Oxşar gövdə və infrastruktur üzərində hazırlanıb. Fərqli istifadə məqsədləri üçün hazırlanmış maşınlarda belə, ana quruluşun eyni qalması baxım, təmir və ehtiyat hissə baxımından qənaətə şərait yaradır.
İlk dəfə 2008-ci ildə Rusiya-Gürcüstan müharibəsində Gürcüstan Silahlı Qüvvələri tərəfindən istifadə edilib.
Azərbaycandan başqa Peru, BƏƏ, Pakistan, Nigeriya, Qazaxıstan, Gürcüstan da daxil olmaqla, 13 dövlət bu zirehli avtomobilin istifadəçisidir.
QARABAĞ bölməsindən digər xəbərlər
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD











