İnternet vasitəsilə telefon nömrəsinin sahibi haqqında hansı məlumatları öyrənmək mümkündür? MÜTƏXƏSSİS
Son statistik məlumatlara görə, dünyada onlayn ödənişlərin sayı sürətlə artmaqdadır. Mütəxəssislərin fikrincə, bu prosesə təkan verən əsas amillərdən biri də koronavirus pandemiyası oldu. Bəzi hallarda onlayn əməliyyat apararkən mobil telefon nömrəsi mütləq istifadə olunur.
Maraqlıdır, internet vasitəsilə telefon nömrəsinin sahibi haqqında hansı məlumatları öyrənmək mümkündür?
"Mobil nömrə üzərindən onun sahibinin kimliyi haqqında ancaq mobil operatorlarda məlumat olur. Bank hesabları, bank kartları və s. kimi məlumatlar isə uyğun olaraq başqa bir qurumda saxlanılır. Bu məlumatların bir yerdə kəsişdiyi məkan yalnız ödəniş sistemləri, mobil bank, dövlət portalları və s. ola bilər. Yəni məlumat itkisi, ya operator tərəfindən, ya bank, ya da şəxsin onları qeyd etdiyi və saxladığı müxətlif servislərdən ola bilər. Bu informasiyalar kiber cinayətkarlar tərəfindən hansısa bir bazalarda yığılıb ümumiləşdirilib sonradan satıla bilər".
Bunu TED.az-a açıqlamasında informasiya təhlükəsizliyi üzrə mütəxəssis Fərid Zeynalov deyib.
"Bundan əlavə SS7 və ya SİM kartın duplikatının çıxarılması kimi mürəkkəb hücum növləri mövcuddur. Bunlar da əsasən məhz bank kartlarından pulların oğurlanması üçün istifadə olunur.
Məlumatların ələ keçirilməməsi üçün istifadəçi digər hallarda olduğu kimi öz fərdi, həssas məlumatlarını mümkün qədər heç yerdə qeyd etməməlidir. Əgər edirsə, həmin servislərin leqitim və təhlükəsiz olmasını araşdırmalıdır. Eyni zamanda, həmin servislərin mövcud təhülkəsizlik mexanizmlərindən istifadə etməlidir", - deyə mütəxəssis qeyd edib.
Zeynəb ƏKBƏR
Texnologiya bölməsindən digər xəbərlər
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD












