Son 3 il üzrə direktor vəzifəsinə işə qəbul müsabiqəsinə elektron sənəd qəbulunun nəticələri açıqlandı
Ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsində 2018-ci il üzrə 2059 namizəd, 2019-cu il üzrə 2274 namizəd, 2020-ci il üzrə 2479 namizəd iştirakını təsdiq edib.
Bu barədə TED.az-a Təhsil Nazirliyindən məlumat verilib.
Elektron ərizələrin yoxlanılması başa çatdıqdan sonra 2018-ci ildə 1568, 2019-cu ildə 2057, 2020-ci ildə 2256 namizədin elektron ərizəsi qəbul olunub.
Son 3 il ərzində keçirilmiş direktor vəzifəsinə işə qəbul üzrə müsabiqədə 30-39 yaş aralığında olan namizədlər üstünlük təşkil edib. Belə ki, 2018-ci ildə 920 nəfər, 2019-cu ildə 1013 nəfər, 2020-ci ildə 1163 nəfər həmin yaş aralığında olan şəxslərdir.
Müsabiqədə iştirak üçün elektron qeydiyyatdan keçmiş namizədlər arasında 2018-ci il üzrə 16 nəfər, 2019-cu il üzrə 17 nəfər, 2020-ci il üzrə 25 nəfər xaricdə təhsil almış şəxslərdir. 2018-ci il üzrə müsabiqədə elektron qeydiyyatdan keçən namizədlərin 1125 nəfərini kişilər, 934 nəfərini qadınlar, 2019-cu il üzrə namizədlərin 1139 nəfərini kişilər, 1135 nəfərini qadınlar, 2020-ci il üzrə isə namizədlərin 1126 nəfərini kişilər, 1353 nəfərini qadınlar təşkil edib.
2020-ci il üzrə elan olunan müsabiqə zamanı vakansiya və müraciət edən namizəd sayına nisbətdə ən yüksək rəqabətli rayon Ağstafa rayonudur. Belə ki, Ağstafa rayonu üzrə 1 vakant direktor vəzifəsinə 19 namizəd müraciət edib. Ən aşağı rəqabətli rayonlar isə Xocavənd, Xızı, Şabran, Daşkəsən və Ağdaş rayonlarıdır.
e-Azərbaycan bölməsindən digər xəbərlər
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD











