AZ

Samsung Galaxy S21 seriyasının qiyməti açıqlandı - İDDİA

3043daf3d19f4fe42e7018fa28dd82a4.jpg
02.12.2020 23:49

2021-ci ilin əvvəlində nümayiş etdiriləcək Samsung Galaxy S21 seriyasının qiyməti açıqlanıb. 


TED.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu seriya Galaxy S20 seriyasından daha ucuz olacaq. 


İddiaya görə, Samsung Galaxy S21-in qiyməti 849-899 dollardan başlayacaq. Samsung Galaxy S21 Plus 1049-1099, Samsung Galaxy S21 Ultra isə 1249-1299 dollara olacaq. 


Ən son modellərin sələfindən daha ucuz olmasına səbəb şirkətin gözlənilən qədər satış həyata keçirə bilməməsidir. 


Bundan başqa, Samsung artıq diqqəti qatlanan telefonlara çevirir. Yəni bahalı texnologiyalar artıq ilk olaraq sözügedən cihazlarda yer alacaq. Buna görə də Galaxy S21 seriyasının ucuz olacağı gözlənilir.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox