Azərbaycandakı istifadəçilərin fırıldaqçı səhifələrə keçid cəhdlərinin sayı 87 mini ötüb - TƏHLİL
Kaspersky-nin məlumatına görə, 2020-ci ildə şəbəkədə skamın (fırıldaqçılıq) həcmi aktiv şəkildə artıb. İstifadəçilərin pulunu ələ keçirməyi hədəfləyən fırıldaqçı poçt göndərişləri və onlayn məkanların sayı çoxalıb. Yanvardan noyabra qədər şirkət dünya üzrə təxminən 86 min anoloji resurs aşkarlayıb, onlardan 62,5 mini ilin ikinci yarısında bloklanıb.
Bu il skamerlər (fırıldaqçılar) tərəfindən tətbiq edilən daha populyar sxemlər bunlardır: müxtəlif sosial ödənişlər, o cümlədən, koronavirus infeksiyası mövzusunda mesajlar (15,6 min bu cür resurs aşkarlanıb); elan lövhələri, çatdırılma xidmətləri və ya yemək sifarişi ilə bağlı təkliflər (8,6 min bu cür sayt tapılıb); guya iri şirkətlər və ya brendlərin adından göndərilən sorğular (6,5 bu cür resurs qeydə alınıb).
Bu cür onlayn fırıldaqçılığın mexanikası praktiki olaraq eynidir: endirim bəhanəsi, sərfəli aksiyalar və ya digər pul mükafatları adı altında fırldaqçılar istifadəçiləri saxta səhifəyə cəlb edirlər. İstifadəçi sorğunun və ya anketin bütün mərhələlərini keçən zaman ondan "müəyyən məbləğdə ödəniş" (təxminən 7 AZN) etməsi istənilir. Amma nəticədə o, heç bir pul almır, "komissiya" fırıldaqçılara gedir.
2020-ci ildə Azərbaycandakı istifadəçilərin skam-səhifələrə keçid cəhdlərinin sayı 87 mini ötüb.
"Fırıldaqçıların özlərinin skama marağı artmaqdadır. Səbəblərdən biri odur ki, skam-resurs yaratmaq üçün onlardan heç bir xüsusi bacarıq tələb olunmur, əsas olan inandırıcı hiylə düşünməkdir", - deyə Kaspersky-nin Azərbaycandakı nümayəndəsi Müşviq Məmmədov bildirib.
O qeyd edib ki, əgər Azərbaycanda skamın səbəb olduğu potensial zərərin məbləğini təsəvvür etsək, bu təxminən 610 min manat civarında olar: "Saxta resurslara bizim tərəfimizdən bloklanan keçid cəhdlərinin ən az birində istifadəçi aldadılardısa, fırıldaqçılar çoxlu miqdarda pul əldə edə bilərdilər".
Zeynəb ƏKBƏR
e-Azərbaycan bölməsindən digər xəbərlər
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD











