Bir iPhone modelini ən çox neçə il istifadə etmək olar? - ARAŞDIRMA
Son illər Apple-ın cərimələnməsinə səbəb olan batareya skandalından sonra əksər istifadəçilər "bir iPhone modelini ən çox neçə il istifadə etmək mümkündür?" sualına cavab axtarırlar.
TED.az xəbər verir ki, bu sualın cavabı istifadəçinin vərdiş və istəklərinə uyğun olaraq dəyişir. Amma ümumilikdə cihazın ömrünü hesablamaq üçün modelin almış olduğu yenilənmələrin sayına baxmaq lazımdır. Çünki əməliyyat sistemi yenilənməyən cihaz mobil tətbiqlərlə problem yaşayır və ondan istifadə çətinləşir. Bəs hansı iPhone modeli nə qədər iOS yenilənməsi alıb?
-2007, iPhone 2G: 2 yenilənmə;
-2008, iPhone 3G: 2 yenilənmə;
-2009, iPhone 3Gs: 3 yenilənmə;
-2010, iPhone 4: 3 yenilənmə;
-2011, iPhone 4s: 4 yenilənmə;
-2012, iPhone 5: 4 yenilənmə;
-2013, iPhone 5c: 3 yenilənmə;
-2013, iPhone 5s: 5 yenilənmə;
-2014, iPhone 6 / 6 Plus: 4 yenilənmə;
-2015, iPhone 6s / 6s Plus: 5 yenilənmə;
-2016, iPhone SE 1: 5 yenilənmə;
-2016, iPhone 7 / 7 Plus: 4 yenilənmə;
-2017, iPhone 8 / 8 Plus: 3 yenilənmə;
-2017, iPhone X: 3 yenilənmə;
-2018, iPhone XR: 2 yenilənmə;
-2018, iPhone XS / XS Max: 2 yenilənmə;
-2019, iPhone 11: 1 yenilənmə;
2019, iPhone 11 Pro / 11 Pro Max: 1 yenilənmə;
-2020, iPhone SE 2: 1 yenilənmə;
-2020, iPhone 12 / 12 mini: 1 yenilənmə;
-2020, iPhone 12 Pro / 12 Pro Max: 1 yenilənmə.
Yenilənmə sayının artmasını nəzərə alaraq bir iPhone ömrünün getdikcə uzandığını söyləmək olar. Mütəxəssislər ümumilikdə Apple məhsullarının ortalama istifadə ömrünün 4 il 3 ay olduğunu söyləyirlər. Bununla yanaşı istifadə müddətini daha az və çox başa vuran cihazlar da var.
Apple rəhbəri Tim Cook 2016-cı ilin yanvarında verdiyi açıqlamada, aktiv istifadə olunan Apple cihaz sayının aylıq 1,3 milyard olduğunu deyib. Beləliklə, ilk iPhone modelinin 2007-ci ildə satışa çıxarıldığı vaxtdan bugünədək satılan 2,05 milyard ədəd Apple cihazından 750 milyonunun artıq istifadə edilmədiyi məlum olur.
Buna baxmayaraq, ortalama yenilənmə müddətini 1 il nəzərdə tutsaq, 6/6 Plus modelinin 5 il problemsiz istifadəsi mümkündür.
Texnologiya bölməsindən digər xəbərlər
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD











