AZ

Ordu üçün toplanan vəsaitin məbləği açıqlandı

4203f53a596531342190327ec1688a2b.jpg
04.12.2020 22:20

Silahlı Qüvvələrə Yardım Fonduna dekabrın 1-dək 210.625.007,86 AZN, 11.171.613,65 ABŞ dolları, 181.319,42 avro, 495.561,33 türk lirəsi, 1.844,72 ingilis funt sterlinqi və 5.398.550,00 rubl vəsait daxil olub.


Bu barədə TED.az-a Müdafiə Nazirliyindən məlumat verilib. 


Qeyd edək ki, noyabrın 1-dən dekabrın 1-dək Silahlı Qüvvələrə Yardım Fonduna 12.611.973,40 AZN, 175.507,81 ABŞ dolları, 15.723,23 avro, 40 türk lirəsi, 550 ingilis funt sterlinqi və 336.000,00 rubl vəsait daxil olub.


Müdafiə Nazirliyinin rəhbərliyi maddi və mənəvi dəstəyini əsirgəməyən hər kəsə öz minnətdarlığını bildirir.

TED + bölməsindən digər xəbərlər

Daha çox