AZ

Telefonun ömrünü uzatmaq üçün nə etməli?

 

c1ade2cfe8e234464a240336d528d92a.jpg
09.12.2020 12:56

Müxtəlif kiberhücumlar, pandemiya ilə əlaqədar fasiləsiz istifadə smartfonun tez sıradan çıxmasına səbəb olur. Maraqlıdır, smartfonun ömrünü uzatmaq üçün istifadə zamanı nələrə diqqət edilməlidir?


Mövzu ilə bağlı TED.az-a danışan smartfon təmiri üzrə mütəxəssis İlkin Quluzadə bildirib ki, telefonun uzunömürlü olması istifadə şərtlərindən asılıdır: "Onun ömrünü uzadan əsas məsələ isə gələn yenilənmələri aktivləşdirməməkdir. Yaddaşda 30 MBayt yer tutan YouTube-un həcmi yenilənmədən sonra 35 MB olur. Beləcə, telefonun yaddaşı getdikcə dolmağa başlayır. Əksər insanlar əməliyyat sisteminin versiyasını qaldırır, 6.5-i 7.5 edirlər. Amma bu, sonradan problemlərə yol açır. Bəzən 16 GB yaddaşı olan telefonu maksimum doldurub problemlərdən şikayətlənirlər. Telefon donur, səbəbsiz yerə sönüb-yanır və s. Bəzi saytlara daxil olduqda gələn viruslu reklamlar da telefonun ömrünü azaldır".


Onun sözlərinə görə, hazırkı smartfonların əksəriyyəti dözümlü, davamlıdır: "Amma Red Me 8 Pro, Red Me Note 9 Pro modelləri daha davamlıdır. Bu modellər funksiyalarına, versiyalarına görə dözümlüdürlər. Ümumiyyətlə, Note 8-ə tələbat Note 8 Pro ilə müqayisədə daha çoxdur. Note 8 Pro-nun funksiyaları, sensorunun götürmə qabiliyyəti və s. ondan daha yaxşıdır".


Lamiyə SÜLEYMANLI

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox