Azərbaycanda kişi-qadın bərabərliyi texnoloji üsullarla təmin olunacaq - Gender bərabərliyi hakatonu
Avropa İttifaqının maliyyə dəstəyi ilə BMT-nin Qadınlar üzrə Agentliyi (UN Women) və BMT-nin Əhali Fondu (UNFPA) tərəfindən icra edilən "Avropa İttifaqı Gender Bərabərliyi naminə: Gender stereotiplərinə və gender əsaslı zorakılığa qarşı" proqramı çərçivəsində Azərbaycanda ilk dəfə “Gender bərabərliyi” hakatonu reallaşdırılır. 19-21 fevral 2021-ci il tarixlərindəki hakatonun keçirilməsində məqsəd gəncləri gender problemlərinin texnoloji yollarla həllinə təşviq etmək və maarifləndirməkdir.
TED.az-ın məlumatına görə, “Regional İnkişaf” İctimai Birliyi (RİİB), Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, UN Women və UNFPA tərəfindən təşkil edilən hakatona Bakı şəhəri və regionlardan olan 30-dan çox komandanın qoşulması gözlənilir. Komandalara yarışa hazırlaşmaq üçün peşəkar yerli və xarici mentorlarla çalışmaq imkanı yaradılacaq.
İştirakçılar qadınlara qarşı zorakılıqla mübarizə, oğlan uşaqlarına verilən üstünlük və qız övladlarının dəyərsizləşdirilməsinin qarşısının alınması, məsuliyyətli atalığın təşviqi, karyera seçimində gender stereotiplərinin aradan qaldırılması, ev işlərində gender bərabərliyi sahəsində innovativ ideya və həllərə dair mövzulardan birini seçə biləcəklər. Komandalara, həmçinin öz layihə ideyasının prototipini hazırlamaq üçün vaxt veriləcək.
Qeyd edilən tarixlərində onlayn formatda keçiriləcək hakatonun yekun tədbirdə təqdim olunan layihələr münsiflər heyəti tərəfindən qiymətləndiriləcək və qaliblər mükafatlandırılacaq. Birinci yerin qalibi üçün 5000 manat, ikinci yerin qalibi üçün 3000 manat, üçüncü yerin qalibi üçün isə 1000 manat məbləğində mükafat nəzərdə tutulub.
Hakatonda iştirak etmək istəyən şəxslər yanvarın 15-dək www.genderhack.az səhifəsində qeydiyyatdan keçməklə tədbirə qoşulmaq şansı əldə edə bilər.
Aidiyyəti qurumlar tərəfindən layihənin sonrakı mərhələsində maraqlı ideyaların reallaşdırılması üçün dəstək veriləcək.
Startaplar bölməsindən digər xəbərlər
iPhone 18 üçün pis xəbər
Tesla Yüksəlir!
iOS 27 Necə Olacaq?
DJI Avata 360 8K Çözünürlük və 360 Dərəcəli Kamera ilə Təqdim Edilir
İncə Korpuslu Xiaomi Book Pro 14 Təqdim Edildi
Red Magic Gaming Tablet 5 Pro Sərhədləri Aradan Qaldıracaq!
HONOR Magic 8 Pro Kamera Səviyyəsinin Artırılması Yeniləməsi
Oppo Find X9 Ultra Kamera Xüsusiyyətləri Sızdırıldı!
ABŞ-dan HÜRJET və ATAK Mühərrikləri üçün Kritik Təsdiq
WhatsApp Statusları Ana Ekrana Gəlir!
Biznesdə Süni İntellekt Dövrü
Realme Nəhəng Batareyaya malik Əlverişli Telefon Təqdim Edir!
Bakcell Rəqəmsal Sənəd Dövriyyəsi (RSD) sisteminə qoşulub
Samsung One UI 8.5 Yeniləməsi Bütün Modellər üçün Mövcuddur
Android 16-nı Alacaq OPPO Modelləri Açıqlandı
MediaTek Telefonlarında Kritik Təhlükəsizlik Zəifliyi!
Bu Xüsusiyyət Galaxy S26-da Yoxa Çıxdı!
Böyük Batareyaya malik Vivo X300s
Yeni BMW 7 Seriyası Təqdim Edildi
PS6 və Xbox Project Helix Buraxılış Tarixləri Sızdırıldı
Huawei Watch 5 HarmonyOS 6 ilə Uçuşa Çıxdı
YouTube Premium Lite Yeni Xüsusiyyətlər Qazanır
Snapdragon 8 Elite flaqman qiymətlərini artıracaq
Google Xəritələr Naviqasiyada Yeni Bir Dövr Açır
Windows 11 Yeniləməsi Yeni Xüsusiyyətlər Gətirir
MacBook Neo-nun Batareya Dövrü Limiti Açıqlandı!
OnePlus 16 Prosessoru ilə Nümayiş Ediləcək!
Samsung 18000 mAh Batareya ilə Sərhədləri Açır
Intel Core Ultra 7 270K Plus və 250K Plus Oyunu Dəyişdirəcək
Google İsrail Wiz şirkətini rekord qiymətə satın alır
Həftənin ən çox oxunanları
Bakcell Rəqəmsal Sənəd Dövriyyəsi (RSD) sisteminə qoşulub
iPhone 18 üçün pis xəbər
Biznesdə Süni İntellekt Dövrü
DJI Avata 360 8K Çözünürlük və 360 Dərəcəli Kamera ilə Təqdim Edilir
Red Magic Gaming Tablet 5 Pro Sərhədləri Aradan Qaldıracaq!
HONOR Magic 8 Pro Kamera Səviyyəsinin Artırılması Yeniləməsi
Oppo Find X9 Ultra Kamera Xüsusiyyətləri Sızdırıldı!
Realme Nəhəng Batareyaya malik Əlverişli Telefon Təqdim Edir!
WhatsApp Statusları Ana Ekrana Gəlir!
ABŞ-dan HÜRJET və ATAK Mühərrikləri üçün Kritik Təsdiq



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD
