AZ

General Motors sürücüsüz uçan Cadillac-ı təqdim edib

eb5c335d9ce80615ee2630bb3af84694.jpg
13.01.2021 20:40

ABŞ-ın aparıcı avtomobil istehsalçısı General Motors şirkəti Cadillac markasının avtonom rejimdə (sürücüsüz) uçan modelini təqdim edib.


TED.az xarici mətbuata istinadən xəbər verir ki, yeni model Consumer Electronics Show sərgisində nümayiş etdirilib.


Uçan avtomobil saatda maksimum 90 kilometr sürətlə hərəkət edə biləcək. Taksi kimi xidmət etməsi planlaşdırılan nəqliyyat vasitəsi 1 sərnişin daşıya biləcək.


Bununla belə, yeni modelin kütləvi istehsalına nə vaxt başlanılacağı açıqlanmayıb. Bu qeyri-müəyyənliyə baxmayaraq, uçan avtomobillərin təqdimatından sonra fond birjalarında General Motors-un səhmləri 8,8% bahalaşıb.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox