WhatsApp skandalı mobil tətbiq bazarına bu cür təsir edəcək: "Ödənişsiz istifadə ediriksə, datalarımız satılır"
WhatsApp-ın istifadəçi şərtlərini dəyişməsi çoxlarının ondan üz döndərməsi ilə nəticələndi. Bu, istifadəçilərin tələblərini daha qabarıq göstərdi.
Maraqlıdır, WhatsApp skandalı mobil tətbiq bazarında nələri dəyişəcək?
Mövzu ilə bağlı TED.az-a danışan mütəxəssis Nail Seyidov bildirib ki, WhatsApp illərdir, istifadə etdiyi dataları istifadəçilərə açıqlamağa məcbur olub: "Çünki Avropa birliyi ölkələrində keçərli GDPR və digər bəzi ölkələrin gizlilik qanunları bunu tələb etdi. WhatsApp sadəcə təqdimatda yanlışa yol verdi. Öncədən istifadəçilərə bir xəbərdarlıq etsə, açıqlama versəydi, onların gözü qorxmazdı. Amma birbaşa bildiriş göndərməklə istifadəçidə çaşqınlıq yaratdı. Düşünürlər ki, şəxsi məlumatları Feysbuk üzərindən paylaşılacaq. Nəticədə çox insan WhatsApp-ı tərk edib alternativ tətbiqlərə keçdilər. Sadəcə WhatsApp bunu gec dərk etdi".
Onun fikrincə, bu, mobil tətbiq bazarına da təsir edəcək: "Bundan sonra mesajlaşma platformaları və digər mobil tətbiqlər müştəriyə təqdimat mövzusunda daha diqqətli olacaqlar. Öz gizlilik qanunlarına riayət edəcək, hansısa dəyişiklik olduqda müştəriyə bunun təqdimatını daha yumuşaq formada edəcəklər. Bu tip dəyişikliklər gözlənilir. Əsasən, Avropa ölkələrində insanlar fərdi məlumatların gizliliyinə bizimlə müqayisədə daha çox önəm verirlər. Bizdə isə kütlənin bir hissəsi bunu bilərəkdən, bəziləri isə anlamadan edir. Artıq bu şəxslər də gizlilik mövzusunda daha diqqətli olacaqlar. WhatsApp kimi belə böyük tətbiqin bu cür yanlış etməsi digər tətbiqlərin səhvə yol vermə ehtimalını da aradan qaldırdı. Çünki insanların illərdir istifadə etdiyi belə geniş xidmətin başına bu gəlirsə, kiçik xidməti daha pis aqibət gözləyir. Sadəcə WhatsApp-ı silmək insanlar üçün çətin olduğuna görə, proses ləng getdi".
O vurğulayıb ki, həm Android, həm də iOS tətbiqlər müəyyən icazələr tələb edir: "Yalnız bu icazələrdən sonra tətbiq fəaliyyətə başlayır. Həmin icazələr nə qədər minimum olsa, bu, marketinq yönümlü olar. Bundan sonra çox tətbiq qaydalara riayət edəcək. Təbii, müəyyən icazələr almaq məcburdur. Məsələn, WhatsApp kimi tətbiqə kontakt və galereyaya icazə verməsək, o öz funksiyasını yerinə yetirə bilməz. Sadəcə bunlar nə qədər minimum tutulsa və istifadəçiyə dataları götürmək barədə xəbərdarlıq edilsə, daha çox istifadəçi cəlb edəcək. Əgər tətbiqi ödənişsiz istifadə ediriksə, bu zaman satılan bizim datalarımızdır. Sadəcə çox insan bunu anlamağa çətinlik çəkir. WhatsApp-ı ödənişsiz istifadə ediriksə, o da haradansa gəlir əldə etməlidir".
Lamiyə SÜLEYMANLI
Texnologiya bölməsindən digər xəbərlər
iPhone 18 üçün pis xəbər
Tesla Yüksəlir!
iOS 27 Necə Olacaq?
DJI Avata 360 8K Çözünürlük və 360 Dərəcəli Kamera ilə Təqdim Edilir
İncə Korpuslu Xiaomi Book Pro 14 Təqdim Edildi
Red Magic Gaming Tablet 5 Pro Sərhədləri Aradan Qaldıracaq!
HONOR Magic 8 Pro Kamera Səviyyəsinin Artırılması Yeniləməsi
Oppo Find X9 Ultra Kamera Xüsusiyyətləri Sızdırıldı!
ABŞ-dan HÜRJET və ATAK Mühərrikləri üçün Kritik Təsdiq
WhatsApp Statusları Ana Ekrana Gəlir!
Biznesdə Süni İntellekt Dövrü
Realme Nəhəng Batareyaya malik Əlverişli Telefon Təqdim Edir!
Bakcell Rəqəmsal Sənəd Dövriyyəsi (RSD) sisteminə qoşulub
Samsung One UI 8.5 Yeniləməsi Bütün Modellər üçün Mövcuddur
Android 16-nı Alacaq OPPO Modelləri Açıqlandı
MediaTek Telefonlarında Kritik Təhlükəsizlik Zəifliyi!
Bu Xüsusiyyət Galaxy S26-da Yoxa Çıxdı!
Böyük Batareyaya malik Vivo X300s
Yeni BMW 7 Seriyası Təqdim Edildi
PS6 və Xbox Project Helix Buraxılış Tarixləri Sızdırıldı
Huawei Watch 5 HarmonyOS 6 ilə Uçuşa Çıxdı
YouTube Premium Lite Yeni Xüsusiyyətlər Qazanır
Snapdragon 8 Elite flaqman qiymətlərini artıracaq
Google Xəritələr Naviqasiyada Yeni Bir Dövr Açır
Windows 11 Yeniləməsi Yeni Xüsusiyyətlər Gətirir
MacBook Neo-nun Batareya Dövrü Limiti Açıqlandı!
OnePlus 16 Prosessoru ilə Nümayiş Ediləcək!
Samsung 18000 mAh Batareya ilə Sərhədləri Açır
Intel Core Ultra 7 270K Plus və 250K Plus Oyunu Dəyişdirəcək
Google İsrail Wiz şirkətini rekord qiymətə satın alır
Həftənin ən çox oxunanları
Bakcell Rəqəmsal Sənəd Dövriyyəsi (RSD) sisteminə qoşulub
iPhone 18 üçün pis xəbər
Biznesdə Süni İntellekt Dövrü
DJI Avata 360 8K Çözünürlük və 360 Dərəcəli Kamera ilə Təqdim Edilir
Red Magic Gaming Tablet 5 Pro Sərhədləri Aradan Qaldıracaq!
HONOR Magic 8 Pro Kamera Səviyyəsinin Artırılması Yeniləməsi
Oppo Find X9 Ultra Kamera Xüsusiyyətləri Sızdırıldı!
Realme Nəhəng Batareyaya malik Əlverişli Telefon Təqdim Edir!
WhatsApp Statusları Ana Ekrana Gəlir!
ABŞ-dan HÜRJET və ATAK Mühərrikləri üçün Kritik Təsdiq



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD
