AZ

Tramp evdə tək qalmayacaq — Kalkin

 

27aa703dfa55841b86c290b7017e024a.jpg
15.01.2021 12:33

"Evdə tək” və "Evdə tək 2" filmlərində Kevin rolunu oynayan amerikalı aktyor Makoley Kalkin Donald Trampın filmin ikinci hissəsindən çıxarılması ideyasını dəstəkləyib.

 

TED.az xəbər verir ki, o, bu barədə Tvitter hesabında yazıb.

 

Aktyor xüsusi proqramla Kevin personajının mediamaqnatla (Donald Trampla) görüşdüyü səhnəni dəyişdirmiş Tvitter istifadəçilərindən birinin paylaşımına müsbət rəy bildirib. 

 

Fraqmentin yeni versiyasında, Trampın yerində heç nə yoxdur və Kevin boşluğa müraciət edir. "Bravo!"- deyə aktyor yenilənmiş versiyasını qiymətləndirib.

 

Kalkin, həmçinin bu səhnədə Trampın yerinə 40 yaşlı özünün yer alması haqqında petisiyanı dəstəkləyib.

TED + bölməsindən digər xəbərlər

Daha çox