AZ

Google Apple-a AĞIR ZƏRBƏ endirməyə hazırlaşır

88c0a7a3cc264de8f376cb8099c48b6f.jpg
21.01.2021 21:50

Android əməliyyat sisteminin 12-ci nəslinin təqdimatına sayılı günlər qalır. Android 12  Google tərəfindən fevral ayında ilkin nümayişə çıxarılacaq. 


TED.az xəbər verir ki, bir çox analitikə görə, yeni nəsil əməliyyat sistemi iOS-u geridə qoyacaq. 


Android 12-nin detalları tam açıqlanmasa da, məlum olanlar da Apple-a başağrı verməyə bəs edir. Belə ki, bir çox tətbiqləri arxa planda işlək tuta bilən əməliyyat sistemi artıq iki tətbiqi eyni anda işlədə biləcək. Bu funskiyaya "bölünmüş ekran" adı verilib. 


Bundan başqa, yeni versiyada müxtəlif titrəmə rejimləri də təqdim olunacaq. Bu xüsusiyyət, oyun həvəskarlarının işinə daha çox yarayacaq. 

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox