AZ

Abituriyent Məsləhət Mərkəzləri fəaliyyətini davam etdirir – ÜNVANLAR

b4ccdf892ee2124beb5deb84def4058d.jpg
15.07.2019 12:22

Dövlət İmtahan Mərkəzinin regional bölmələrində, həmçinin Azərbaycan Universiteti, Bakı Biznes Universiteti, Qərbi Kaspi Universiteti, Odlar Yurdu Universiteti, Kooperasiya Universitetində ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyən abituriyentlərə kömək məqsədi ilə ödənişsiz əsaslarla “Abituriyent Məsləhət Mərkəzləri” fəaliyyət göstərir.

 

TED.az xəbər verir ki, “Məsləhət mərkəzləri”ndə xüsusi treninq keçmiş əməkdaşlar abituriyentlərə ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu qaydaları, ixtisas seçimi zamanı “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nin doldurulma və təsdiq edilmə qaydası və bu zaman qarşıya çıxa biləcək texniki problemlərin həlli, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan məsələlər və s. haqqında ödənişsiz kömək göstərirlər. Abituriyentlər onları maraqlandıran suallarla bağlı “Abituriyent Məsləhət Mərkəzi”nə müraciət edə bilərlər.

 

“Abituriyent Məsləhət Mərkəzləri” aşağıda qeyd olunan ünvanlarda həftənin 5 günü (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10.00-dan 17.00-dək fəaliyyət göstərirlər.

 

Dövlət İmtahan Mərkəzinin Bakı şəhəri üzrə mərkəzləri:

 

Azərbaycan Universiteti

Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli küç, 71.

Telefon: +994 12 431 41 12 (daxili nömrə:172);

 

Bakı Biznes Universiteti

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, H. Zərdabi küç, 88a.

Telefon: +994 12 431 91 18;

 

Qərbi Kaspi Universiteti

Ünvan: Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küç, 27.

Telefon:+994 12 492 61 63;

 

Azərbaycan Kooperasiya Universiteti

Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Nəcəf Nərimanov küç. 93.

Telefon:+994 12 561 50 48;

 

Odlar Yurdu Universiteti

Ünvan: Bakı şəhəri, Koroğlu Rəhimov küç. 13.

Telefon: +994 12 465 85 27;

 

Dövlət İmtahan Mərkəzinin regional bölmələri üzrə mərkəzləri:

 

Naxçıvan MR Regional Bölməsi

Naxçıvan şəhəri, Atatürk küçəsi, 10.

(036) 544 04 02;

 

Göyçay Regional Bölməsi

Göyçay şəhəri, Rauf İsayev küçəsi, 43.

(020) 274 66 74;

 

Şəki Regional Bölməsi

Şəki şəhəri, M.Rəsulzadə prospekti, 182.

(024) 244 66 14;

 

Xaçmaz Regional Bölməsi

Xaçmaz şəhəri, Məmmədəmin Rəsulzadə küçəsi, 7b.

(023) 325 01 21;

 

Lənkəran Regional Bölməsi

Lənkəran şəhəri, H.Aslanov xiyabanı 52.

(025) 255 24 82;

 

Gəncə Regional Bölməsi

Gəncə şəhəri, H.Əliyev meydanı, İnzibati bina.

(022) 256 50 67;

 

Şirvan Regional Bölməsi

Şirvan şəhəri, Rəsulzadə küçəsi, 19.

(021) 215 15 23;

 

Bərdə Regional Bölməsi

Bərdə ş., H.Əliyev prospekti, 100.

(020) 205-01-86.

 

Şəmkir Regional Bölməsi

Şəmkir, Bakı-Qazax şosesi, İnzibati bina “West gate”.

(+994) 55 214 97 00.

Elm bölməsindən digər xəbərlər

Daha çox