PANDEMİYA TERRORU: İnsanlar kimi kompüterləri də “xəstələndirib" sıradan çıxaran viruslar – AÇIQLAMA
Koronavirus pandemiyası gündəlik həyat tərzimizə, vərdişlərimizə, yediyimizə, içdiyimizə, bir sözlə, hər şeyə təsir etdi. Tarixdən hansısa pandemiyalar haqqında eşitmişdik. Lakin Koronavirus sayəsində bu “xoşbəxtlik”(y)in canlı şahid olduq. Pandemiya o qədər sürətli və qəddarcasına yayıldı ki, bütün davranışlarımız kimi ünsiyyətimizi də onlayn sferaya daşımaq məcburiyyətində qaldıq. Əgər bizim ölkəmizdə terror olsaydı, əvvəllər evdən çıxıb işə, yaxud da hansısa görüşə getməyə çəkinərdik. Əlbəttə ki, stabil ölkədə yaşadığımız üçün belə qorxumuz yoxdur. Lakin pandemiya evdən çıxmadığımız halda bizi qorxmağa məcbur etdi. Xəstəlikdənmi? – Xeyr. Təəssüflər olsun ki, kibercinayətkarlar məkansızdır. Dünyanın bizdən ən uzaq nöqtəsində olan haker üçün qonşusu kimi biz də hədəfik. Axı deyirdilər, internet dünyanı qloballaşdırır, xalqları yaxınlaşdırır. Bu yaxınlaşmanın bu cür YAN TƏSİRLƏRİ DƏ VAR!
Demək olar ki, hər gün mediada kiber hücumlarla bağlı xəbərlərlə qarşılaşırıq. Ən çox da kompüter istifadəçilərinə qarşı edilən hücumlar haqqında.
Maraqlıdır ki, koronavirus fonunda hansı yeni kompüter virusları yarandı?
Bununla bağlı TED.az-a danışan Educators.Pro - IT Trainings & Solutions direktoru Fərhad Kərimov bildirib ki, pandemiya fonunda “Ransomware” virusu və “Ddos”, “Phishing” hücumlarının sayı artıb: “Pandemiya demək olar ki, hər kəsi texnologiyadan istifadəyə məcbur etdi. Əksər fəaliyyət növlərinin sürətlə rəqəmsallaşması təbii ki, kiberdələduzluq hallarının artmasına gətirib çıxardı. Pandemiya fonunda və ümumiyyətlə, hakerlərin kompüter istifadəçilərinə qarşı ən çox istifadə etdikləri Ransomware virusudur. Onun vasitəsilə kompüterə virus salıb məlumatları şifrələyib qarşılığında müəyyən vəsait tələb edirlər. Bundan başqa, Ddos hücumların sayı artıb. Bu hücumlarla sistemlərin fəaliyyətini dayandırırlar. Phishing isə ən məşhur hücum növü olaraq qalır. Hakerlər bu kiber hücum növündən mütəmadi istifadə edirlər”.
Mütəxəssis qeyd edib ki, bu kimi virus və kiber hücum növlərindən qorunmağın bir neçə yolu var: “Lisenziyalı əməliyyat sistemlərindən istifadə etmək mütləqdir. Eyni zamanda, lisenziyalı proqram təminatları, antivirus proqramlarından istifadə etməliyik. Təəssüf ki, bəzən antivirus proqramlarından lisenziyasız istifadə edirlər. Lisenziya əsasında işləyən proqramlar daha etibarlı olur, təhlükəsizlik baxımından mütəmadi yenilənirlər və s. Şirkətlərdə əməkdaşlar İT mütəxəssisləri tərəfindən tez-tez düzgün istifadə qaydaları haqqında təlimatlandırılmalıdırlar. Ev şəraitindən internetdən istifadə edən şəxslər özləri diqqətli olmalıdırlar. Onlara gələn müəyyən keçidlər olur ki, istifadəçini başqa yerə yönləndirir. Phishing məqsədilə göndərilən keçidlərə klik etdikdə diqqətli olmaq lazımdır. Xüsusilə domen adlarına, eləcə də gmail vasitəsilə gələn proqram, şəkil video fayl kimi məlumatlara diqqətlə yanaşmaq lazımdır. İstifadəçilər çalışıb naməlum ünvanlardan kompüterə fayl yükləməsinlər”.
Zeynəb ƏKBƏR
Texnologiya bölməsindən digər xəbərlər
iPhone 18 üçün pis xəbər
Tesla Yüksəlir!
iOS 27 Necə Olacaq?
DJI Avata 360 8K Çözünürlük və 360 Dərəcəli Kamera ilə Təqdim Edilir
İncə Korpuslu Xiaomi Book Pro 14 Təqdim Edildi
Red Magic Gaming Tablet 5 Pro Sərhədləri Aradan Qaldıracaq!
HONOR Magic 8 Pro Kamera Səviyyəsinin Artırılması Yeniləməsi
Oppo Find X9 Ultra Kamera Xüsusiyyətləri Sızdırıldı!
ABŞ-dan HÜRJET və ATAK Mühərrikləri üçün Kritik Təsdiq
WhatsApp Statusları Ana Ekrana Gəlir!
Biznesdə Süni İntellekt Dövrü
Realme Nəhəng Batareyaya malik Əlverişli Telefon Təqdim Edir!
Bakcell Rəqəmsal Sənəd Dövriyyəsi (RSD) sisteminə qoşulub
Samsung One UI 8.5 Yeniləməsi Bütün Modellər üçün Mövcuddur
Android 16-nı Alacaq OPPO Modelləri Açıqlandı
MediaTek Telefonlarında Kritik Təhlükəsizlik Zəifliyi!
Bu Xüsusiyyət Galaxy S26-da Yoxa Çıxdı!
Böyük Batareyaya malik Vivo X300s
Yeni BMW 7 Seriyası Təqdim Edildi
PS6 və Xbox Project Helix Buraxılış Tarixləri Sızdırıldı
Huawei Watch 5 HarmonyOS 6 ilə Uçuşa Çıxdı
YouTube Premium Lite Yeni Xüsusiyyətlər Qazanır
Snapdragon 8 Elite flaqman qiymətlərini artıracaq
Google Xəritələr Naviqasiyada Yeni Bir Dövr Açır
Windows 11 Yeniləməsi Yeni Xüsusiyyətlər Gətirir
MacBook Neo-nun Batareya Dövrü Limiti Açıqlandı!
OnePlus 16 Prosessoru ilə Nümayiş Ediləcək!
Samsung 18000 mAh Batareya ilə Sərhədləri Açır
Intel Core Ultra 7 270K Plus və 250K Plus Oyunu Dəyişdirəcək
Google İsrail Wiz şirkətini rekord qiymətə satın alır
Həftənin ən çox oxunanları
Bakcell Rəqəmsal Sənəd Dövriyyəsi (RSD) sisteminə qoşulub
iPhone 18 üçün pis xəbər
Biznesdə Süni İntellekt Dövrü
DJI Avata 360 8K Çözünürlük və 360 Dərəcəli Kamera ilə Təqdim Edilir
Red Magic Gaming Tablet 5 Pro Sərhədləri Aradan Qaldıracaq!
Oppo Find X9 Ultra Kamera Xüsusiyyətləri Sızdırıldı!
HONOR Magic 8 Pro Kamera Səviyyəsinin Artırılması Yeniləməsi
Realme Nəhəng Batareyaya malik Əlverişli Telefon Təqdim Edir!
WhatsApp Statusları Ana Ekrana Gəlir!
ABŞ-dan HÜRJET və ATAK Mühərrikləri üçün Kritik Təsdiq



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD
