AZ

⁣ƏDV-nin qaytarılması üçün 85,4 milyon çek BirBank vasitəsilə daxil edilib

 

c9b1c3aa1f5f3469ae7cca816ce5736e.png
19.02.2021 14:45

600 000-dən artıq insan ⁣ƏDV-nin geri qaytarılmasını BirBank vasitəsilə bir neçə klikə həyata keçirib. 

 

TED.az xəbər verir ki, bu barədə BirBank mobil tətbiqindən məlumat verilib.

 

Bildirilib ki, cəmi son 10 ay ərzində BirBank QR kodla 85,4 milyondan artıq çek oxudulub. Beləliklə, müştərilərə 25 milyon AZN-dən artıq məbləğ qaytarılıb.⠀

 

Qeyd edək ki, istifadəçilər ƏDV-ni geri almaq üçün nəzarət-kassa aparatının çekini aldığı tarixdən 90 gün ərzində https://edvgerial.kapitalbank.az/ portalına və ya BirBank mobil tətbiqinə müraciət etməlidir. Çekin 12 simvollu fiskal İD-sini elektron kabineti və ya BirBank-ın QR-skan xidməti vasitəsilə sistemə daxil etməlidirlər.⠀

TED + bölməsindən digər xəbərlər

Daha çox