Mərkəzi Bank “Moneygram”ın Qarabağdakı fəaliyyətinə dair açıqlama yaydı
"Azərbaycan Mərkəzi Bankı (AMB) əlaqədar qurumlarla birlikdə sağlam maliyyə vasitəçiliyinin təmin olunması istiqamətində ardıcıl fəaliyyəti çərçivəsində ölkəmizin işğal altında olmuş ərazilərində qanunsuz maliyyə-bank əməliyyatlarının aparılmasına qarşı mübarizə tədbirlərini daim diqqət mərkəzində saxlayıb".
TED.az xəbər verir ki, bu barədə AMB-nin açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, bununla bağlı müxtəlif vaxtlarda aşkar olunmuş faktlara qarşı ciddi tədbirlər görülüb, həmin əməliyyatların dərhal dayandırılması məqsədilə müvafiq addımlar atılıb.
Son zamanlar sosial şəbəkələrdə 44 günlük şanlı Vətən müharibəsindən öncə işğal altında olan ərazilərdə qanunsuz olaraq fəaliyyət göstərən "Moneygram" pul köçürmə sistemi ilə ödənişlərin həyata keçirilməsi faktları barədə məlumatlar yayılmaqdadır.
AMB bununla əlaqədar bildirir ki, həqiqətən də "Moneygram" pul köçürmə sistemi ayrı-ayrı dövrlərdə işğal altında olan ərazilərdə qanunsuz fəaliyyət göstərib və bu fakt aşkar olunduğu andan etibarən milli qanunvericiliyə, beynəlxalq prinsiplərə müvafiq olaraq ölkə ərazisində onun fəaliyyətinin dayandırılması istiqamətində adekvat tədbirlər həyata keçirilib. Nəticədə, 2008-ci ildən etibarən "Moneygram" pul köçürmə sisteminin ölkədə fəaliyyətinin qarşısı alınıb və bu gün heç bir bank sözügedən pul köçürmə sistemi ilə işgüzar münasibətdə deyil.
AMB eyni zamanda ölkə ərazisində maliyyə vasitəçiliyinin milli qanunvericilik çərçivəsində təmin olunması məqsədilə davamlı olaraq pulköçürmə sistemlərinin monitorinqini həyata keçirib və müvafiq tələblərə riayət etməyən qurumların ("Unistream", "MİGOM", "LEADER", "Bıstraya Poçta", "İnterexpress", "RİA Money Transfer", "İntelexpress", "Sigue Money Transfer") fəaliyyətinə qadağa qoyub.
QARABAĞ bölməsindən digər xəbərlər
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD











