AZ

Türkiyə Google-u cərimələdi

a4ce1804a6a2a00521425a7aee7e2cc4.jpg
15.04.2021 10:53

Türkiyə hakimiyyəti ölkədəki rəqabət haqqında qanunu pozduğuna görə Google korporasiyasını 296 milyon türk lirəsi (36,6 milyon ABŞ dolları) məbləğində cərimələyib.

 

TED.az xəbər verir ki, Türkiyənin Rəqabət Şurası qeyd edib ki, Google şirkəti kontent xidmətləri bazarında adi axtarışın nəticələrini çətinləşdirərək, ümumi axtarış nəticələrinin yuxarı hissəsində mətn elanları yerləşdirərək öz rəqiblərini istisna etməklə qanunu pozub.

 

Qurumun məlumatına görə, araşdırma texnoloji nəhəngin törəmə şirkətləri ilə bağlı aparılıb – “Google Reklamcilik ve Pazarlama Ltd.”, “Google International LLC”, “Google LLC”, “Google Ireland Ltd.” və “Alphabet”.

Dünya bölməsindən digər xəbərlər

Daha çox