“Apple” elektromobilləri istehsal ediləcək
Cənubi Koreyanın "LG" şirkəti və Kanadanın "Magna International" avtomobil istehsalçısı "LG Magna Electronics Powertrain" və ya "LG Magna e-Powertrain" adlı birgə müəssisə yaradıb. Son məlumatlara görə, şirkətlər "Apple" elektromobillərinin istehsalına hazırlaşırlar.
TED.az xəbər verir ki, "LG Magna e-Powertrain" şirkəti "Apple" korporasiyası ilə saziş imzalamağa yaxındır. Şirkət "Apple" elektromobillərinin kütləvi istehsalına cavabdeh olacaq. Hazırda sazişin detalları ilə bağlı müzakirələr davam etdirilir.
Məlumata görə, əvvəlcə elektromobillərin gücü zəif olacaq. Bu, "Apple" şirkətinin birinci nəsil elektromobillərdən bazar tələbatının qiymətləndirilməsi üçün istifadə etməyi planlaşdırması ilə əlaqədardır.
"LG Group" şirkətinin "LG Display", "LG Chem", "LG Energy Solution" və "LG Innotek" daxil olmaqla törəmə şirkətlərinin "Apple" ehtiyat hissələrinin tədarük zəncirinə daxil olduğundan ABŞ korporasiyası təchizat zənciri ilə bağlı problemlərdən narahat deyil. Bu "LG" bölmələri istehsala və "Apple" avtomobilləri üçün lazım olan detal və komponentlərin sürətli çatdırılmasına zəmanət verirlər.
"LG" smartfonlarının istehsalı üzrə bölmənin bağlanılması ilə bağlı qəbul edilən qərardan sonra şirkət avtomobil biznesinə investisiya qoyuluşu üçün daha çox vəsaitə malik olacaq.
"LG" və "Apple" şirkətləri məsələyə münasibət bildirməkdən imtina ediblər.
Texnologiya bölməsindən digər xəbərlər
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD











