AZ

Azərbaycanda kompüter satışları - 2,4 Faiz Artıb

770710215bebe208173470688633ce64.jpeg
15.04.2021 17:36

Yanvar-mart aylarında istehlakçılar pərakəndə ticarət şəbəkəsində kompüter, telekommunikasiya avadanlıqları və çap məhsullarına 65,4 milyon manat xərcləyiblər.

 

Dövlət Statistika Komitəsindən TED.az-a bildirilib ki, bu göstərici ötən ilin eyni ayları ilə müqayisədə 2,4 faiz artıb.

 

İstehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 0,7 faizi kompüter, telekommunikasiya avadanlıqları və çap məhsullarının alınmasına sərf olunub.

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox