AZ

Təhsil Nazirliyi: “e-telebe.edu.az” elektron portalı vasitəsilə müraciətlərin qəbulu başa çatır

2a675f2f2fc9c2f36686d4b1c83ce0e6.jpg
11.06.2021 11:40

Təhsil Nazirliyinin “e-telebe.edu.az” elektron portalı vasitəsilə sosial baxımdan həssas əhali qrupuna aid ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsinə dair müraciətlərin qəbulu bu gün yekunlaşır.

 

Nazirlikdən TED.az-a bildirilib ki, müraciətlərin qəbulu bu gün saat 23:59-dək aktiv olacaq.

 

Sözügedən qrupdan olan tələbələr güzəştdən yararlanmaq üçün müraciətlərini qeyd olunan tarixədək tamamlayıb təsdiq etməlidir.

 

Təhsil Nazirliyi tərəfindən qeyd edilən məsələ ilə bağlı vətəndaş müraciətlərinin cavablandırılması üçün aşağıdakı xidmətlər təqdim olunur:

 

- Çağrı Mərkəzinin “146-5” nömrəsi (həftəiçi 5 gün aktiv fəaliyyət göstərəcək);

 

- “e-telebe.edu.az” elektron portalının daxilində yazışma (dəstək) bölməsi;

 

- (+994) 51 206 78 48 vatsap nömrəsi.

e-Azərbaycan bölməsindən digər xəbərlər

Daha çox