Azərbaycanda minik avtomobilləri bahalaşıb - RƏSMİ
Azərbaycanda ərzaq, qeyri-ərzaq məhsullarının və göstərilən ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi açıqlanıb.
TED.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, 2021-ci ilin iyun ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi may ayı ilə müqayisədə 98,6 faiz, 2021-ci ilin yanvar-iyun aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 104,9 faiz təşkil edib. Aylıq müqayisədə ərzaq məhsullarının qiyməti 1,4 faiz azalıb, illik müqayisədə isə 4,9 faiz artıb.
İyun ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi may ayı ilə müqayisədə 100,3 faiz, 2021-ci ilin yanvar-iyun aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 103,9 faiz olub. Qeyri ərzaq məhsullarının qiyməti aylıq müqayisədə 0,3 faiz, illik müqayisədə isə 3,9 faiz artıb.
Əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi may ayı ilə müqayisədə 100,1 faiz, 2021-ci ilin yanvar-iyun aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə isə 103,5 faiz təşkil edib. Aylıq müqayisədə qiymətlər 0,1 faiz, illik müqayisədə isə 3,5 faiz artıb.
Belə ki, illik müqayisədə ərzaq məhsullarından çörək, çörək məmulatları, yarmalar, balıq, balıq məhsulları, süd, süd məhsulları, yumurta, kərə yağı, bitki yağları, meyvələr, tərəvəzlər, qənd, cem, bal, şokolad, konfetlər, çay, qəhvə, kakao, mineral sular, araq, konyak, tütün məmulatları bahalaşıb. Ət və ət məhsulları isə ucuzlaşıb.
Həmçinin, qeyri-ərzaq məhsullarından parçalar, geyim, ayaqqabı, inşaat materialları, mebel, ev əşyaları, xalça, döşəmə örtükləri, məişət cihazları, kiçik elektrik cihazları, şüşə məmulatları, yemək qabları, minik avtomobilləri, minik avtomobilləri üçün ehtiyat hissələri, velosipedlər, yanacaq məhsulları (benzin və dizel), kompüter, noutbuk, planşet, kitablar, qəzet və digər dövri nəşrlər, dəftərxana ləvazimatları, zərgərlik məmulatları, oyuncaqların qiyməti artıb. Telefon aparatlarının qiyməti azalıb, dərmanların qiyməti isə sabit qalıb.
Texnologiya bölməsindən digər xəbərlər
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD











