Elektron Hökumətin İnkişafı Mərkəzi “Rəqəmsal Jurnalistikaya doğru” proqramına yekun vurub
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzinin (EHİM) təşkilatçılığı və “PAŞA Holdinq”in sponsorluğu ilə həyata keçirilən 3-cü “Rəqəmsal Jurnalistikaya doğru” proqramına yekun vurulub. Proqramın bağlanış mərasimində Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, EHİM-in direktoru Fariz Cəfərov, proqram iştirakçıları və digər media nümayəndələri iştirak ediblər.
Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən TED.az-a bildiriblər ki, Ülvi Mehdiyev “Rəqəmsal Jurnalistikaya doğru” proqramı çərçivəsində 110-a yaxın media nümayəndəsinin maarifləndirildiyini və serifikatlarla təltif edildiyini vurğulayıb. Həmçinin proqramın mediaya və onların xətti ilə cəmiyyətin maariflənməsinə verdiyi töhfə, bu cür sosial məsuliyyət layihələrinin inkişafa gedən yolda əhəmiyyəti diqqətə çatdırılıb.
Tədbirdə proqramın birinci hissəsi çərçivəsində təşkil olunan vörkşopları və iştirakçıların proqram haqqında fikirlərini əks etdirən videoçarx nümayiş olunub.
Sonra proqram çərçivəsində həyata keçirilən müsabiqənin qalibləri elan ediliblər. Müsabiqə üzrə birinci yeri "news24.az" xəbər saytının müxbiri Məhərrəm Əliyev, ikinci yeri "1news.az" İnformasiya Agentliyinin müxbiri Qafar Ağayev, üçüncü yeri isə “Azərbaycan” qəzetinin müxbiri Aydan Xəlilova tutublar.
Qaliblər müvafiq olaraq 1000 AZN, 700 AZN və 500 AZN pul mükafatı ilə təltif olunublar.
Bununla yanaşı, proqramı müvəffəqiyyətlə bitirən bütün iştirakçılar EHİM tərəfindən sertifikat və hədiyyələrlə təltif olunublar. Tədbirin sonunda iştirakçılar üçün EHİM-in inzibati binasında mediatur təşkil olunub və mərkəzin struktur və bölmələrinin fəaliyyəti haqqında ətraflı məlumat verilib.
“Rəqəmsal Jurnalistikaya doğru” proqramının əsas məqsədi media nümayəndələrini elektron dövlət xidmətləri, rəqəmsal həllər haqqında məlumatlandırmaq və onların vasitəsilə də cəmiyyətin bu istiqamətdə rəqəmsal savadlılığının artırılmasına nail olmaqdır.
Xatırladaq ki, 1-ci və 2-ci “Rəqəmsal Jurnalistikaya doğru” proqramı ötən il keçirilib və böyük marağa səbəb olub.
TED + bölməsindən digər xəbərlər
Tim Kukun Böyük Layihəsi: Apple Eynəkləri Gələn İl Gələcək!
Huawei Watch 5 Xüsusi Buraxılışı Təqdim Edildi!
Sony PlayStation ilə işləyən avtomobil dizayn edir!
Honor Magic 8 Air Gəlir: Xüsusiyyətləri
Yeni Jeep Compass Tezliklə Gələcək!
Apple İşçilərinə Xəbərdarlıq Edir: ABŞ-ı tərk etməyin!
Oyun Satışları Rekordlar Qırır!
EA Satışı üçün Kritik Təsdiq!
Apple Böyük Şoka Düşdü: Yaddaş Xərcləri 230% Artdı
Tramp Külək Enerjisinə Müharibə Elan Etdi!
Honor Win Seriyası Təkmilləşdirilmiş Kameralar Üçün Çalışır!
LG süni intellektlə işləyən məişət texnikasını təqdim edir!
Windows 11 Dekabr Yeniləmə Sınağı
200 Meqapikselli Kameralar 2026-cı ildə Trend Ola Bilər!
Xiaomi 17 Ultra-nın İlk "Canlı" Görüntüləri
Bakcell “Media Savadlılığı” Konfransının innovasiya tərəfdaşıdır
Nvidia RTX 50 istehsalı azala bilər: Oyunçuları nə gözləyir?
Redmi Note 15 Pro Seriyası Qlobal miqyasda Təqdim Edildi!
iOS-da Yeni Dövr: ChatGPT və Alternativ Mağazalar Siri-ni Əvəz Edir
iPhone 18 Dizaynı Sızdırıldı!
Samsung Galaxy Z TriFold saniyələr içində satıldı!
Meta Səs Emalında İnqilab Edir
BMW Yeni “M” Tətbiqlərini Elan Edir!
Honor Win seriyası nəhəng batareya ilə gəlir!
Honor Magic8 Mini ilə bağlı maraqlı sızmalar
Toyota Yeni Elektrikli SUV, Urban Cruiser-i Təqdim Edir!
Çin Avtomatik Qapı Dəstəklərinə Müharibə Elan Edir
Coursera və Udemy birləşir!
Xiaomi, 2026-cı il SU7 Modeli ilə Tesla-ya meydan oxuyacaq!
Həftənin ən çox oxunanları
Honor Win seriyası nəhəng batareya ilə gəlir!
Nvidia RTX 50 istehsalı azala bilər: Oyunçuları nə gözləyir?
BMW Yeni “M” Tətbiqlərini Elan Edir!
iPhone 18 Dizaynı Sızdırıldı!
Redmi Note 15 Pro Seriyası Qlobal miqyasda Təqdim Edildi!
Honor Magic8 Mini ilə bağlı maraqlı sızmalar
Coursera və Udemy birləşir!
Samsung Galaxy Z TriFold saniyələr içində satıldı!
Toyota Yeni Elektrikli SUV, Urban Cruiser-i Təqdim Edir!
Xiaomi, 2026-cı il SU7 Modeli ilə Tesla-ya meydan oxuyacaq!



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD

