AZ

Toyota” yeni “Land Cruiser-300” modelini təqdim edib

a8fcf9ad766e46ab706fc572effa95e0.jpg
30.07.2021 21:34

Ötən gün “Toyota” tam yeni “Land Cruiser-300” (LC300) modelini onu sevənlərə təqdim edib.

 

Tədbirdə çıxış edən şirkətin nümayəndələri bu yeni növ modelin valehedici gözəlliyini mətbuat nümayəndələrinə və gələn qonaqların diqqətinə çatdırıblar.

 

Tədbirdə qeyd olunub ki, istənilən yerə gedəbilmə və sonra təhlükəsiz, sağlam geri gətirəbilmə xüsusiyyətini “Toyota” ən son versiyası ilə daha da irəliyə aparır. Yeni “Land Cruiser” digər modellərdən etibarlılığı, davamlılığı və möhtəşəm performansı ilə fərqlənir. Bu model tamamilə yeni GA-F platforması, yeni qoşa turbo V6 mühərriki, 10 pilləli avtomatik transmissiya, asqı sistemi, yeni xarici və daxili dizaynı ilə hər bir “Toyota” sevənləri özünə cəlb etməyə qadirdir.

 

TED.az xəbər verir ki, avtomobili test-drayv edən AZƏRTAC-ın əməkdaşı Nicat Məmmədov fikirlərini bölüşüb: “Yeni avtomobilin yaratdığı üstünlükləri və rahatlığı artıq sükan arxasına əyləşərkən görmək mümkündür. Daha avtomobili işə salmadan salonun dizaynı, oturacaqların komfortu insanı gediləcək yoldan həzz almağa sövq edir. Digər modellərə nisbətən ətraf mühitin mühafizəsini də özündə ehtiva edən bu yeni nəsil avtomobilin rahat manevr qabiliyyəti və sürücünün təhlükəsizliyinə hesablanmış incəliklər alıcıların seçimində böyük rol oynayır. Həmçinin yolun daşlı, çuxurlu olması bu avtomobilin qarşısını almaqda acizdir. Dözümlülüyü və diqqət çəkən bir çox üstünlükləri ilə yeni modelin tezliklə hər kəsin sevimli avtomobilinə çevriləcəyinə əminəm”.

 

Azaltmaq və möhkəmliyi artırmaq üçün yenidən dizayn edilmiş avtomobildə daha bir vacib yenilik də onun əvvəlkindən 200 kiloqram daha az çəkidə olmasıdır.

 

Yeniliklər bununla da bitmir. Tətbiq edilən yeni asqı sistemləri sayəsində yolda və ən sərt yolsuzluq şəraitində belə avtomobil malik olduğu keyfiyyətləri saxlayır, düşdüyü hər cür çətin şəraitlərdə özünə nəzarəti itirmir, sürücünü məyus etmir. Avtomobilə quraşdırılan “3D Multi-Terrain Monitor” sayəsində sürücü monitorda avtomobilin ətrafını və təkərlərin vəziyyətini izləyə bilir. Hansı ki, bu sistem əvvəlki modellərdə tətbiq edilməyib. “Multi-Terrain Select” sistemi isə sürücüyə ən uyğun sürüş rejimini məsləhət görür və yolun keyfiyyətini avtomatik qiymətləndirir. Yeni GA-F platforması, yeni qoşa turbo V6 mühərrikləri, yeni 10 pilləli avtomatik transmissiya, yeni asqı sistemi, yeni xarici və daxili dizayn və çox sayda rəng seçimi bu avtomobili əvvəlki nəsil avtomobillərdən çox fərqləndirir və sürücüyə özünü əsl peşəkar kimi hiss elətdirir.

 

Dünya premyerasında təqdim edilmədən öncə professional sürücülər tərəfindən son həddə qədər sınaqdan keçirilən və uğurla çıxan “Land Cruiser 300” modeli mətbuat nümayəndələrinin də ixtiyarına verildi və avtomobil test-drayv edildi. Öncə ən çətin şəraitdə sınaqdan keçirilən avtomobil daha sonra “off road” mərhələsinə keçdi və hər ikisində rahatlığı və təhlükəsizliyi son həddə qədər qoruyub saxlaya bildi.

 

Onu da qeyd edək ki, 70 ili əhatə edən nailiyyət mirası, 170 ölkə və regionda 10 milyondan çox satışı ilə “Toyota Land Cruiser”in bir avtomobil əfsanəsi olduğu hər kəsin qəbul etdiyi bir faktdır. “İstənilən yerə gedəbilmə və sonra təhlükəsiz, sağlam geri gətirəbilmə” Toyotanın qürurla təkrar etdiyi şüardır.

 

“Land Cruiser” (300 Seriyası), 2007-ci ildə LC200 buraxılışından sonra tanıdılan ilk yeni “Land Cruiser SW” modelidir, həm də yolsuzluq (SUV) seriyasının yeni flaqmanıdır. Ona edilən dəyişikliklərin keçmişdə bənzəri yoxdur.

 

“Toyota”, yeni LC300 ilə keyfiyyət, davamlılıq və etibarlılıq (QDR) göstəricilərini daha da yaxşılaşdıraraq və yolsuzluq performansı, yoldakı gücü ilə getdikləri yolun şəraitindən asılı olmayaraq sürücülərin rahat irəliləmələrini təmin edir.

 

Mühərriklər, transmissiya və platformanın hamısı yenidir: həm yolda həm də ən çətin yolsuzluq mühitində performans baxımından bir sıçrayış etmək üçün hazırlanıb. İnnovasiyalar və yaxşılaşdırmalar (buna birinci sinif texnologiyalar daxildir) “Land Cruiser”in gücünü heç bir şəkildə azaltmadan, yolda və yolsuzluq şəraitində irəliləməni təhlükəsiz və etibarlı bir şəkildə təmin edəcək bir performansa çıxmağı hədəfləyir.

 

“Toyota” bu hədəfi nəzərə alaraq, ilk gövdədə-korpus vasitə üçün dizayn edilmiş yeni bir TNGA (“Toyota New Global Architecture”) platformasından birinci dəfə istifadə edir. GA-F platforması, fövqəladə yolsuzluq qabiliyyətini qoruyarkən, gövdənin sərtliyi, gücü və dinamik tarazlığı baxımından yeni faydalar gətirir və yolda da daha yaxşı performans göstərməyə kömək edir. Yeni texnologiyaların tətbiqi çəkinin azaldılması, avtomobilin ağırlıq mərkəzinin aşağı salınması, təhlükəsizliyin yaxşılaşdırılması və eksteryer ilə interyer üçün yeni dizaynların hazırlanmasına zəmin yaradır.

 

Korpus, çəkini azaltmaq və möhkəmliyi artırmaq üçün yenidən dizayn edilib: ümumiyyətlə yeni “Land Cruiser” əvvəlkindən 200 kiloqram yüngüldür. Yeni asqı sistemləri tətbiq olunub: performans sərt Dakar Ralli təcrübəsi olan və digər usta sürücülər tərəfindən son həddə qədər sınaqdan keçirilib. Məqsəd yalnız yüksək qabiliyyətli deyil, eyni zamanda, sürücünün yolda və yolsuzluq şəraitində idarəsini asanlaşdıran bir SUV yaratmaq idi.

 

Fokus sahələri təkərlərin optimal balanslaşdırılmasına nail olmaq üçün asqı performansının tənzimlənməsi, təkərlərin zəminlə təmasda qalması və dünyada bir ilk olan Elektron Kinetik Dinamik Asqı Sistemi ilə yol tutuşunu yaxşılaşdırır. Yeni LC300, sürücünü dərhal avtomobilin ətrafını və təkərlərin mövqeyini əhatə edən yol səthini real vaxt görünüşü ilə təmin edən “3D Multi-Terrain Monitor”lu ilk “Toyota”dır. “Multi-Terrain Select” sistemi sürücüyə ən uyğun sürüş rejimini səthin keyfiyyətini avtomatik olaraq qiymətləndirərək təqdim edir.

 

Sürücülük dinamikası və idarəetmə sahəsindəki irəliləyişlər yeni V6 qoşa turbo mühərriklər tərəfindən dəstəklənir (3,5 litrlik benzin və 3,3 litrlik dizel) və ənənəvi V8-dən daha yaxşı olaraq üst-sinif performans və rahat idarə üçün hazırlanıb. Yanacaq istehlakında azalma və CO2 tullantılarının mövcud nəsil model ilə müqayisədə 10 faiz azalmasına kömək edən 10 pilləli avtomatik transmissiya hər ikisində də mövcuddur.

 

Mühəndislik sahəsindəki irəliləyişlər, modelin irsinə və statusuna sadiq qalaraq həm yeni dizayna uyğun hala gətirilir, həm də yeni bir "funksional gözəllik" konsepsiyasını əks etdirir. “Land Cruiser”in özünəməxsus, təmiz xətləri ilə yolsuzluq avtomobilinin (SUV-un) gücünü daha yüksək incəlik və kamilliklə əlaqələndirir. Kabin gedilən yol şəraitinin nə qədər sərt olmasından asılı olmayaraq sürücü və sərnişinləri rahat və təhlükəsiz hiss edə biləcəkləri daha yüksək səviyyədə həssaslıqla təmin edir. Yolsuzluq şəraitində hərəkət edərkən avtomobili dəqiq bir şəkildə təyinetmə qabiliyyəti ilə yeni “Land Cruiser”, cari “SW” modelinin ölçülərini, ümumi uzunluq və enini, təkər bazasını, hərəkətəkeçmə və yaxınlaşma bucaqları da daxil olmaqla qoruyur.

 

Avtomobilin konstruksiyasının özünəməxsus möhkəmliyindən və çətin şərtlərdə təhlükəsiz sürücülük üçün inkişaf etdirilmiş sistemlərindən tutmuş ikinci nəsil “Toyota Safety Sense” tərəfindən təmin edilən əlavə və təkmilləşdirilmiş aktiv təhlükəsizlik, sürücü yardım sistemlərinə qədər təhlükəsizlikdə əhəmiyyətli irəliləyişlər var. Qəza əleyhinə sistemin (“Pre-Collision System”) qəzadan qaçınmağa köməketmə qabiliyyəti artırılıb. Yeni LC300, dayanacaqda yavaş hərəkət edərkən və park yerində geri gedərkən, nəqliyyat vasitələrinə və piyadalara yaxınlaşarkən avtomobilin qarşısındakı və arxasındakı maneələri tanıyan yeni “Park Dəstək Əyləci” (“Parking Support Brake”) ilə təchiz edilib.

 

“Land Cruiser”, 70 ildir etibarlı və təhlükəsiz bir performans təqdim etməklə qürurverici bir tarixə sahibdir. Onun tarixi, Fuji dağının yamaclarındakı altıncı nəzarət nöqtəsinə qalxan ilk vasitə olaraq çətin şərtlərlə mübarizə qabiliyyətini nümayiş etdirən, 1951-ci il orijinal “Toyota BJ” modelinə gedib çatır. Gücünü sübut edərək Yaponiyada polis patrul maşını olaraq da istifadə edilib.

 

Bu, “Land Cruiser”in etibarlı və təhlükəsiz performans təmin etmək ənənəsinin başlanğıcı idi: “Toyota”nın bu gün mobillik şirkəti statusunun əsası sayıla biləcək bir ənənə. “Land Cruiser”in yüksək etibarlılıq, dayanıqlılıq və yolsuzluq performansı üzərində qurulmuş şöhrəti qlobal toplam satışları ilə təqribən 10,4 milyona çatıb.

 

Bu keyfiyyətlər “Land Cruiser”i ucqar bölgələrdə yaşayan insanlar üçün əvəzolunmaz bir vasitə halına gətirib, humanitar yardım və fəlakətlərin aradan qaldırılmasında ilk müraciət edilən bir vasitə olaraq təchiz edib.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox