Sosial şəbəkələr insanların həyatına necə təsir edir? - AÇIQLAMA

Müasir həyatımızda informasiya-kommunikasiya texnologiyalarının rolu getdikcə artır. Texnologiyanın inkişafı sosial medianın bir qolu olan sosial şəbəkələrin həyatımıza yol tapmasına gətirib çıxarmışdır. Sosial şəbəkələr artıq həyatımızın ayrılmaz bir parçasına çevrilib desək, yanılmarıq.
Bunu TED.az-a “Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi” İctimai Birliyinin sədri, Psixologiya üzrə fəlsəfə doktoru Təranə Paşayeva deyib.
Bugün sosial şəbəkələrlə bağlı cəmiyyətdə fikirlər müxtəlifdir. Bəziləri sosial şəbəkələrdən istifadəyə qarşı olsalar da, çoxluq sosial şəbəkələrdən istifadənin tərəfdarıdır. Bu da əsassız deyil. Bir çox işlərimizin həll olunması, ən son baş verən informasiyaların əldə olunması, o cümlədən yeni insanlarla əlaqələrin qurulması istiqamətində sosial şəbəkələr başlıca vasitələrdir.
Digər müasir texnoloji anlayışlar kimi sosial şəbəkələrin də həm üstünlükləri, həm də yaratdığı çətinliklər vardır. Bütün dünyanı cənginə alan koronavirus pandemiyası nəticəsində qəbul edilən müəyyən məhdudiyyətlər nəticəsində bir sıra fəaliyyətlərimizdən imtina etməyə məcbur olduq, həmin zamanı isə daha çox virtual aləmdə keçirməyə başladıq. Bura iş, təhsil və digər amilləri nümunə göstərə bilərik. Pandemiya nəticəsində dərslər, iclaslar onlayn formada keçirildi və bizə artıq bu fəaliyyət növünü, onun üstünlüklərini göstərdi, amma ənənəvi metod kimi tam effektiv olmadığını da söyləməliyik.
Sosial şəbəkələrin bir sıra üstünlükləri vardır. Aktiv sosial şəbəkə istifadəçiləri üçün sosial medya yeni insanları və topluluqları tanımaq üçün ideal vasitədir. Digər üstünlüklərindən biri də dünyanın hansı nöqəsində olmasından asılı olmayaraq dost, yaxın insanlar, ailə üzvləri ilə rahat əlaqə yaratmaq imkanını təqdim edir. O cümlədən öz fəaliyyətini, yaradıcılıq işlərini ən qısa zamanda və az xərclə tanıtmaq üçün sosial şəbəkələr ən unikal metoddur.
Gördüyümüz kimi, sosial şəbəkələr bizlərə bir çox üstünlüklər təqdim etməkdədir, lakin hər sahədə olduğu kimi sosial şəbəkələrdən də normadan çox istifadə bir sıra fiziki və psixoloji fəsadlarla nəticələnə bilir. Mütəmadi sosial şəbəkələrdən istifadə edən şəxslərdə zaman keçdikcə aqressivlik, stress, yuxu və qida rejimimin pozulması, depressiya halları müşahidə olunur, özüdə bilmədən həm özünə, həm də başqalarına qarşı xoşagəlməz rəftar edir. O cümlədən son zamanlar bir qrup saxta istifadəçilər tərəfindən bəzi şəxslərin şantaj edilməsi, onlara hədə-qorxu, təhqiredici mesajların göndərilməsi nəticəsində həmin insanlarda psixoloji narahatlıqlar yaranır. Bunun qarşısı vaxtında alınmadıqda sonu heç də xoş olmayan hallarla nəticələnir. Heç kimlə dərdini paylaşmayan, depressiv və tək qalmağa meyil göstərən bu insanlar hətta daha sonra özlərinə ziyan vurur, hətta sonu ölümlə nəticələnən intihara əl atırlar. Doğrudur, bu kimi halların qarşısının alınmasında hüquq-mühafizə orqanları müvafiq tədbirlər görürlər, amma vətəndaş olaraq bizlərin də üzərinə məsuliyyət düşür. Güvənmədiyimiz, tanımadığımız insanlarla öz şəxsi məlumatlarımızı bölüşməməli, məqsədi bilinməyən qrup, səhifələrdən uzaq olmalıyıq. Həmçinin fiziki və psixoloji fəsadlarla üzləşməmək üçün vaxtımızı sosial şəbəkələrdə daha az və faydalı şəkildə keçirməli, hər hansı bir çətinliklə üzləşdikdə bunları gizlətməməli, ailəmiz, yaxınlarımızla bölüşməli, ehtiyac olarsa mütəxəssislərə müraciət etməliyik.
Texnologiya bölməsindən digər xəbərlər
“Volkswagen” konserninin gəliri rekord dərəcədə azalıb


ANAMA: Ötən ay piyada əleyhinə 302, tank əleyhinə 79 mina və 3047 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib


Qusarda altı yaşayış məntəqəsini birləşdirən yolun əsaslı təmirinə ilkin olaraq 1,5 milyon manat ayrılıb - SƏRƏNCAM


Britaniyada dövlət qulluqçuları bir il ərzində 3 mindən çox telefon və notbuk itirib


Yeni tədqiqat süni intellektin, yoxsa tələbələrin daha yaxşı esse yazdığını göstərib


Yeni kompüter oyunu: 3 gündə azı 1 milyon nüsxə satıldı


Süni intellekt insanları əvəz edə biləcək?


"Google" delfinlərin dilini öyrənəcək


Nazirlər Kabineti süni intellekt strategiyası ilə bağlı qərar verib


IBM yeni texnologiyaların inkişafına 150 milyard dollar yatıracaq


“Tərlan-2025” birgə PUA təliminin planlaşdırma konfransı keçirilib


Microsoft iki il ərzində Aİ məlumat mərkəzlərinin tutumunu 40 faiz artırmağı planlaşdırır


Media: Pentaqon orduda PUA-ların sayını artırmağı planlaşdırır


Bu gündən xəstəlik vərəqələri elektron formada veriləcək


Nağd ödəniş edənlərin cərimələnməsini nəzərdə tutan dəyişiklik son oxunuşda təsdiqlənib


Bu gündən ibtidai siniflərin 5 günlük yaz tətili başlayıb


Əlahiddə Ümumqoşun Ordunun komanda-qərargah təlimi keçirilib


ASCO I rübdə sərnişinlərə 700-ə yaxın elektron bilet satıb


İKTA: İnternetin sürətini ölçən serverlərdə boşluqlar aşkarlanıb


Ali təhsil müəssisələrinə qəbul imtahanında iştirak etmək üçün qeydiyyat başa çatır


Ötən gün vətəndaşların bank kartlarından 30 min 716 manat oğurlanıb


BKS kosmosda tullantılarla toqquşmamaq üçün manevr edib


Mayın 4-də 1500-ə yaxın namizəd rezidenturaya qəbul imtahanının birinci mərhələsində iştirak edəcək


Azərbaycanda icra proseslərində nağdsız hesablaşmalar məcburi olacaq


Həftənin ən çox oxunanları
Mayın 1-dən məktəblərdə yaz tətili başlayır


ETX: Saxta e-poçtlarla kiberhücumlar edilir


Aprel ayının son günü havanın temperaturu 21 dərəcəyədək artacaq


Trendyol 50 manatdan yuxarı sifarişlərdə çatdırılmanı pulsuz etdi


Hərbi pilotlar növbəti təlim-məşq uçuşları keçiriblər


KAI avtonom pilot sistemi K-AILOT-u inkişaf etdirir


Bakıda "Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri" mövzusunda konfrans keçirilir


Bakıda "Rəqəmsallaşma və süni intellektin iş yerlərinə təsiri" mövzusunda konfrans keçirilir


Azərbaycan Ordusunun mövqeləri Çəmbərək istiqamətindən atəşə tutulub


Cənubi Koreya SZ ilə işləyən yeni radarı sınaqdan keçirib

