“Azərsu” işə qəbulu elektronlaşdırıb

Müasir dövrün çağırışlarına uyğun olaraq “Azərsu” ASC-də işə qəbul üçün müraciətlərin elektron qaydada qəbuluna başlanılıb. Bu məqsədlə “www.azersu.az” rəsmi internet səhifəsində “Karyera” bölməsi yaradılıb və “e-su.az” portalı üzərindən Elektron Hökumət Portalına inteqrasiya olunub.
ASC-dən TED.az-a bildirilib ki, işə qəbul üçün müraciət etmək istəyənlər Cəmiyyətin rəsmi internet səhifəsinə daxil olub “Karyera” bölməsində “CV müraciət” və “Vakansiya” bölmələrindən birini seçərək şəxsiyyət vəsiqəsi üzrə Fərdi İdentifikasiya Nömrəsi (FİN) və adına olan mobil telefon nömrəsini yazmaqla qeydiyyatdan keçə bilərlər. “CV müraciət” bölməsi vasitəsilə olunan müraciətlər kadr ehtiyat bazasına daxil edilir.
“Vakansiya” bölməsində isə konkret vakant iş yerləri göstərilir və vətəndaşlar həmin vəzifə haqqında məlumat əldə etdikdən sonra bu bölmədən çıxmadan müraciət edə bilərlər.
Hər iki halda hazır elektron müraciət forması yaranır. Portal Daxili İşlər Nazirliyinin sisteminə inteqrasiya edildiyindən müraciət edənin şəxsi məlumatları həmin formada görünür. Boş qalan, xüsusilə ulduz işarəsi ilə fərqləndirilən xanalar müraciət edən şəxs tərəfindən doldurulur. İşə qəbul olmaq istəyənlər təhsil, iş təcrübəsi və təltifləri barədə məlumatları daxil edirlər.
“Azərsu” ASC-nin insan resursları siyasətinin prioritetlərindən olan obyektivliyin və şəffaflığın təmin olunması nəzərə alınaraq işə qəbul 4 mərhələdə - elektron müraciət, bilik yoxlaması (test), müsahibə və əmək münasibətlərinin rəsmiləşdirilməsi ilə həyata keçirilir.
Müsahibədən keçən şəxslər vakant yer olduqda müvafiq vəzifəyə təyin edilir. Vakant yer olmadıqda isə kadr ehtiyat bazasına daxil edilir və gələcəkdə ixtisasına, peşəsinə uyğun vakant yer olduqda onunla əlaqə saxlanılaraq dəvət olunur.
Qeyd edək ki, müraciət edənlərdən yalnız vakansiya üzrə tələblərə cavab verən namizədlər bilik yoxlanmasına cəlb olunurlar.
e-Azərbaycan bölməsindən digər xəbərlər
Adobe iPhone üçün yeni kamera proqramı buraxdı!


"Bakcell"in brend strategiyası nüfuzlu Filip Kotlerin nəşrində


Meta AI komandasını genişləndirir!

“Bakcell” “PwC illik CEO sorğusu”nda iştirak edib


“Bakcell” 4-cü “YAŞAT” düşərgəsinin tərəfdaşıdır


Galaxy Z Fold 7 üçün kritik inkişaf: Onun prosessoru ortaya çıxdı!


ChatGPT populyar xüsusiyyətini pulsuz təqdim edir!


Gənclər sosial təsir üçün yarışdı - Trendyol və PAŞA Holding ideya marafonu təşkil etdi


Xiaomi Smart Band 10 tezliklə satışa çıxarılacaq

"Ağıllı Şəhərlər üçün "iTech Group"-dan Ecolight Həlli"


“Bakcell” “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə qoşuldu


Gözlənilən baş verdi! Elon Musk istefa verdi


iPhone-dan Android-ə keçid daha asanlaşır


Instagram batareyanın boşaldılması problemini həll edib


“Bakcell” regionun ən nüfuzlu innovasiya sammitinin tərəfdaşı olacaq


“Bakcell” süni intellekt təlimi təşkil etdi


iOS 19 batareya istifadəsini süni intellektlə idarə edəcək


Ən yaxşı ekranlı Samsung modelləri! - May 2025


“Bakcell” və “Birbank” Azərbaycanda ilkə imza atdı


Yolun sonu: Samsung məşhur telefonu üçün yeniləmə dəstəyini kəsdi!


Galaxy Z Flip FE üçün yaxşı və pis xəbər


iPhone 17 Pro-nun RAM tutumu ortaya çıxdı!


“Bakcell” “Ən uğurlu rebrendinq layihəsi” mükafatı ilə təltif olundu


“Volkswagen” konserninin gəliri rekord dərəcədə azalıb

