AZ

Şimali Amerikada kriptovalyuta ilə ödənişlər qəbul ediləcək

0a188de57f9257ad400360f5364dc015.jpg
10.05.2022 11:40

İtaliyanın məşhur geyim firması “Gucci” şirkəti ABŞ-dakı mağazalarında ödənişləri kriptovalyuta ilə qəbul etməyə başlayacaq.

 

Bildirilir ki, şirkətin NyuYork, Los-Anceles, Mayami, Atlanta və Las-Veqasdakı bəzi mağazalarının bu ayın sonundan etibarən məhsullara görə ödənişləri kriptovalyuta ilə qəbul edəcəyi açıqlanıb.

 

Ümumiyyətlə, kriptovalyuta ilə alış-veriş yay fəslinin sonuna kimi Şimali Amerikadakı bütün mağazalarda mümkün olacaq.

 

Şirkət “Bitcoin”, “Bitcoin Cash”, “Ether”, “Dogecoin” və “Shiba” daxil olmaqla, ümumilikdə, 10 kriptovalyuta növünü qəbul edəcək.

 

© Bloomberg

Dünya bölməsindən digər xəbərlər

Daha çox