Bu tarixlərdə Bakı bulvarı boyunca əyləncə zonaları olacaq
2022 Formula 1 Azərbaycan Qran Prisinin keçiriləcəyi 10-12 iyun tarixlərində azarkeşlər Dənizkənarı Milli Parkı boyunca uzanan əyləncə zonalarını kəşf edəcəklər.
Bu barədə TED.az-a Bakı Şəhər Halqasından məlumat verilib.
Qeyd edilib ki, nəhayət, azarkeşlərin gözlədiyi avtoqraf sessiyaları və Pit zolağı gəzintisi onlara F1 super ulduzları və komandalarını yaxından görmək imkanı yaradacaq.
2016-cı il debütündən bəri dünya F1 azarkeşlərinin sevimlisinə çevrilən Bakı Şəhər Halqası F1 tarixində ən yadda qalan və dramatik yarışlara ev sahibliyi etməklə dünyanın aparıcı F1 pilotlarını sınaq qarşısında qoyur. Yarış bolidlərinin 366 km/saat sürətlə rekord həddə çatdığı, 2 km uzunluğunda düz yolu və UNESCO-nun mədəni irs nümunəsi İçəri Şəhər Qala divarları qarşısından keçərək dar yolları aşan, dolama döngələri ilə tanınan Bakı Şəhər Halqası qısa müddət ərzində bugünkü F1 təqvimində ən çətin treklərdən biri kimi öz yerini təsdiqlədi.
Bakı trekində heç bir pilot iki dəfə qalib gəlməmiş, son beş yarışda beş fərqli qalib müəyyən olunmuşdur.
Bu il də, ötən illərdə yaşanmış gözlənilməz anlar, rəqabət doğuran və saysız-hesabsız həyəcanlı hadisələr Bakı yarışında istisna olunmur. Təsadüfi deyil ki, 2021-ci ildə finiş xəttinə 3 dövrə qalmış Maks Ferstappenin qəzaya uğraması, Luis Hemiltonun restartda ona baha başa gələn səhvi Red Bull komandasının pilotu Serxio Peresin qələbəsinə təkan vermiş oldu.
Bakı Şəhər Halqasının icraçı direktoru Arif Rəhimov çoxdandır gözlənilən F1-in Bakıya “tam” qayıtması barədə qeyd edir: “Bütün biletlərin alınacağına ümid edir, izdihamı qarşılamağa səbrsizlənirik. Beş yarışda beş fərqli qalibimizin olması çox gözəldir. Formula 1 azarkeşləri bu yarışı qaçırmamalıdır. Mövsümün ən gözlənilməz yarışı onu çox həyəcanlı edir! ”
Formula 1 yarışına əlavə olaraq, azarkeşlər Luis Hemilton, Şarl Lekler, Corc Rassel və Lando Norris kimi Formula 1 ulduzlarının bir çoxunu yetişdirən, olduqca populyar Formula 2 seriyasının geri dönüşündən də həzz ala bilərlər.
2022 Formula 1 Azərbaycan Qran Prisi Bakı küçələrində daha bir möhtəşəm rəqabətə hazırlaşır.
TED + bölməsindən digər xəbərlər
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD











