Niyə tanışlıq saytları azart oyunlar qədər təhlükəlidir?

ABŞ və Cənubi Koreya tədqiqatçıları belə qərara gəliblər ki, xüsusən özgüvəni aşağı olan insanların psixikası, tanışlıq tətbiqlərinə həddindən artıq aludəçiliyə görə, əziyyət çəkə bilər. TED.az-ın məlumatına görə, alimlər hesab edirlər ki, bu cür vaxt keçirmə azart oyunlarda olduğu kimi insanı daha az məmnun edə bilər və bununla yanaşı, asılılıq yaradar.
Maraqlıdır ki, tanışlıq saytları və azart oyunlar arasında gözlənilməz oxşarlıq tapılıb. Mütəxəssislər 269 tələbənin iştirak etdiyi sorğu keçirərək belə nəticəyə gəliblər ki, tanışlıq tətbiqlərindən tez-tez istifadə, hətta psixoloji səviyyədə şans oyunu kimi qəbul olunur. Buna baxmayaraq, özünə hörməti aşağı olan insanlar üçün bu cür vaxt keçirməyin heç bir xeyri yoxdur. Özünə inamsız istifadəçilər üçün bu, məcburi vərdişə çevrilir. Onlar tanışlıq tətbiqlərindən nə qədər çox istifadə etsələr, bir o qədər özlərini tənha hiss edirlər, lakin buna baxmayaraq, yenə də bu tətbiqlər vasitəsilə daha fəal tərəf müqabili axtarmaqda davam edirlər. Yeni elmi işin müəllifləri güman edirlər ki, bütün bunlar psixi problemlərin yaranmasına səbəb ola bilər.
Alimlər, həmçinin müəyyən ediblər ki, özgüvənli insanlar isə əksinə internetin bu məqsədə çatmaqda zəif olduğunu gördükdə, tərəf müqabilini axtarmaq üçün bu tətbiqlərdən başqa, digər axtarış üsullarına daha tez keçirlər.
Bununla yanaşı, mütəxəssislər qeyd edirlər ki, həqiqətən, çoxlarına bu tətbiqlər axtardıqları insanı tapmaqda çox böyük kömək olub. ABŞ-da keçirilən sorğulardan məlum olub ki, cütlüklərin üçdə biri tərəf müqabillərini məhz internet vasitəsilə tapıb. Onların çoxu isə rəsmi nikahdadırlar.
TED + bölməsindən digər xəbərlər
“Bakcell” süni intellekt təlimi təşkil etdi


iOS 19 batareya istifadəsini süni intellektlə idarə edəcək


Ən yaxşı ekranlı Samsung modelləri! - May 2025


“Bakcell” və “Birbank” Azərbaycanda ilkə imza atdı


Yolun sonu: Samsung məşhur telefonu üçün yeniləmə dəstəyini kəsdi!


Galaxy Z Flip FE üçün yaxşı və pis xəbər


iPhone 17 Pro-nun RAM tutumu ortaya çıxdı!


“Bakcell” “Ən uğurlu rebrendinq layihəsi” mükafatı ilə təltif olundu


“Volkswagen” konserninin gəliri rekord dərəcədə azalıb


ANAMA: Ötən ay piyada əleyhinə 302, tank əleyhinə 79 mina və 3047 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib


Qusarda altı yaşayış məntəqəsini birləşdirən yolun əsaslı təmirinə ilkin olaraq 1,5 milyon manat ayrılıb - SƏRƏNCAM


Britaniyada dövlət qulluqçuları bir il ərzində 3 mindən çox telefon və notbuk itirib


Yeni tədqiqat süni intellektin, yoxsa tələbələrin daha yaxşı esse yazdığını göstərib


Yeni kompüter oyunu: 3 gündə azı 1 milyon nüsxə satıldı


Süni intellekt insanları əvəz edə biləcək?


"Google" delfinlərin dilini öyrənəcək


Nazirlər Kabineti süni intellekt strategiyası ilə bağlı qərar verib


IBM yeni texnologiyaların inkişafına 150 milyard dollar yatıracaq


“Tərlan-2025” birgə PUA təliminin planlaşdırma konfransı keçirilib


Microsoft iki il ərzində Aİ məlumat mərkəzlərinin tutumunu 40 faiz artırmağı planlaşdırır


Media: Pentaqon orduda PUA-ların sayını artırmağı planlaşdırır


Bu gündən xəstəlik vərəqələri elektron formada veriləcək


Nağd ödəniş edənlərin cərimələnməsini nəzərdə tutan dəyişiklik son oxunuşda təsdiqlənib


Bu gündən ibtidai siniflərin 5 günlük yaz tətili başlayıb


Əlahiddə Ümumqoşun Ordunun komanda-qərargah təlimi keçirilib


Həftənin ən çox oxunanları
“Bakcell” süni intellekt təlimi təşkil etdi

