AZ

Çexiyada uşaqda meymunçiçəyi xəstəliyinə ilk yoluxma faktı aşkarlanıb

6f907d3906828d7f46088e2de38d4c7c.jpg
16.09.2022 22:20

Həkimlər Çexiyada uşaqda meymunçiçəyi xəstəliyinə ilk yoluxma halını ilkini müəyyən ediblər.

 

TED.az-ın məlumatına görə, bu barədə Çexiya televiziyası xəbər verib.

 

Praqadakı uşaq bağçalarından birinə gedən dörd yaşlı uşaq meymunçiçəyi ilə xəstələnib. Çox güman ki, o, valideynlərinin yay tətilini onunla keçirdiyi İspaniyada yoluxub.

 

Çexiyada meymunçiçəyi xəstəliyinə yoluxma hallarının ümumi sayı 66 nəfər olub.

Dünya bölməsindən digər xəbərlər

Daha çox