Bu gün Yupiter Yerə ən yaxın məsafədə olacaq
Günəş sisteminin ən böyük planeti olan Yupiter sentyabrın 26-da Bakı vaxtı ilə saat 23:10-da Yer və Günəşlə bir düz xətt üzərində və həmin an özünün orbitində Günəşə ən yaxın nöqtədə - perihelidə olacaq.
Bu barədə TED.az-a Bakı Dövlət Universitetinin (BDU) Astrofizika kafedrasından məlumat verilib.
Bakıdan Yupiter sentyabrın 26-da saat 19:19-dan sentyabrın 27-si saat 05:54-dək görünəcək. Onun müşahidəsi şərqdə üfüqdən 7° yüksəkliyə qalxdıqdan sonra saat 19:19-dan etibarən mümkün olacaq. Sentyabrın 27-də saat 00:36-da Yupiter səmada ən yüksək nöqtəyə çatacaq. 05:54 radələrində qərb üfüqündə 7°-nin altında olduqda artıq Yupiterin müşahidəsi mümkün olmayacaq.
Səma cisimlərinin belə yerləşməsi təxminən 12 ildən bir baş verir və bu hadisə elmdə “Yupiterin böyük qarşıdurması” adlanır. Yupiter periheli nöqtəsində 2023-cü il yanvarın 19-da olacaq.
“Böyük qarşıdurma”nın əsas xüsusiyyəti ondan ibarətdir ki, bu hadisə zamanı Yupiter Yerə minimum məsafədə yaxınlaşır, bu məsafə 3.95 astronomik vahid və ya 591 295 396 kilometr, Yupiterin bucaq ölçüsü 49.87, parlaqlığı isə demək olar ki, -2,94 ulduz ölçüsü təşkil edir. Yupiter gecə səmasında Ay və Veneradan sonra üçüncü ən parlaq obyekt olacaq.
Sonuncu dəfə bu cür qarşıdurma 2010-cu il sentyabrın 20-də baş verib. Sentyabrın 26-da baş verəcək hadisədən sonra növbəti dəfə ən çox yaxınlaşmanı isə 2034-cü il oktyabrın 1-də müşahidə etmək mümkün olacaq.
Astronomik qarşıdurma dedikdə planetin Yerə nisbətən Günəşdən əks tərəfdə olması başa düşülür. Qarşıdurma zamanı planet Yerdən müşahidə zamanı səmada Günəşdən 180 dərəcə bucaq məsafəsində yerləşir, yəni, Günəş qərbdə batan zaman planet şərqdə üfüqdə görünür. Əgər qarşıdurma planet öz orbitinin periheli nöqtəsinə yaxın olanda baş verirsə, belə astronomik hadisə “böyük qarşıdurma” adlanır.
Dünya bölməsindən digər xəbərlər
iPhone 18 üçün pis xəbər
Tesla Yüksəlir!
iOS 27 Necə Olacaq?
DJI Avata 360 8K Çözünürlük və 360 Dərəcəli Kamera ilə Təqdim Edilir
İncə Korpuslu Xiaomi Book Pro 14 Təqdim Edildi
Red Magic Gaming Tablet 5 Pro Sərhədləri Aradan Qaldıracaq!
HONOR Magic 8 Pro Kamera Səviyyəsinin Artırılması Yeniləməsi
Oppo Find X9 Ultra Kamera Xüsusiyyətləri Sızdırıldı!
ABŞ-dan HÜRJET və ATAK Mühərrikləri üçün Kritik Təsdiq
WhatsApp Statusları Ana Ekrana Gəlir!
Biznesdə Süni İntellekt Dövrü
Realme Nəhəng Batareyaya malik Əlverişli Telefon Təqdim Edir!
Bakcell Rəqəmsal Sənəd Dövriyyəsi (RSD) sisteminə qoşulub
Samsung One UI 8.5 Yeniləməsi Bütün Modellər üçün Mövcuddur
Android 16-nı Alacaq OPPO Modelləri Açıqlandı
MediaTek Telefonlarında Kritik Təhlükəsizlik Zəifliyi!
Bu Xüsusiyyət Galaxy S26-da Yoxa Çıxdı!
Böyük Batareyaya malik Vivo X300s
Yeni BMW 7 Seriyası Təqdim Edildi
PS6 və Xbox Project Helix Buraxılış Tarixləri Sızdırıldı
Huawei Watch 5 HarmonyOS 6 ilə Uçuşa Çıxdı
YouTube Premium Lite Yeni Xüsusiyyətlər Qazanır
Snapdragon 8 Elite flaqman qiymətlərini artıracaq
Google Xəritələr Naviqasiyada Yeni Bir Dövr Açır
Windows 11 Yeniləməsi Yeni Xüsusiyyətlər Gətirir
MacBook Neo-nun Batareya Dövrü Limiti Açıqlandı!
OnePlus 16 Prosessoru ilə Nümayiş Ediləcək!
Samsung 18000 mAh Batareya ilə Sərhədləri Açır
Intel Core Ultra 7 270K Plus və 250K Plus Oyunu Dəyişdirəcək
Google İsrail Wiz şirkətini rekord qiymətə satın alır



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD
