AZ

Azərbaycanda daha 45 nəfər COVID-19-a yoluxub

1f755d34aebe036e25589117ca94bd8c.jpg
24.11.2022 16:20

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 45 yeni yoluxma faktı qeydə alınıb, 44 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan TED.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında vəfat edən olmayıb.

 

Azərbaycanda indiyədək ümumilikdə 824 127 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 813 872 nəfər müalicə olunaraq sağalıb, 9 975 nəfər vəfat edib, aktiv xəstə sayı 280 nəfərdir.

 

Ölkədə son sutka ərzində 2 043, hazırkı dövrədək isə 7 365 617 test aparılıb.

KORONAVİRUS bölməsindən digər xəbərlər

Daha çox