AZ

BDU-da keçirilən ustad dərsində süni intellektin müasir dövrdəki rolu təhlil edilib

dcccb65d1eceb7e67f52ecb8fede3167.jpg
23.12.2022 13:35

Fenomenologiya və koqnitiv elmlər üzrə tədqiqatçı, riyaziyyat və yaradıcılıq üzrə mentor Viktor Ben Tzvi Bakı Dövlət Universitetinin (BDU) “SABAH” tələbələrinə “İnsan yaradıcılığı və süni intellektin sintezi” mövzusunda ustad dərsi keçib.

 

Bu barədə TED.az-a BDU-dan məlumat verilib. Bildirilib ki, ustad dərsində süni intellektin əhəmiyyəti, müasir dövrdəki rolu təhlil olunub, bunun insan yaradıcılığına təsiri haqqında müxtəlif fikirlər səsləndirilib.

 

Viktor Ben Tzvi müasir dövrdə reallıqla sintez olunan süni intellektin gələcəkdə oynayacağı rol barədə tələbələri məlumatlandırıb.

 

Eyni zamanda, süni intellektin müxtəlif elm sahələri ilə inteqrasiyası, insan yaradıcılığının (Human Creativity) inkişafı ilə bağlı tələbələrlə diskussiya aparılıb.

Elm bölməsindən digər xəbərlər

Daha çox