AZ

Azad edilən ərazilərdə daha 423 hektar sahə minalardan təmizlənib

9c8b7d68595c14df68b41a75c44cbbc8.jpg
24.01.2023 10:00

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatları barədə həftəlik məlumat açıqlayıb.

 

ANAMA-dan TED.az-a bildirilib ki, yanvarın 16-dan 21-dək Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Xocavənd, Laçın, Cəbrayıl və Zəngilanda 15 piyada əleyhinə mina, 20 tank əleyhinə mina və 93 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

 

Bildirilib ki, 423 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

 

QARABAĞ bölməsindən digər xəbərlər

Daha çox