DGK tranzit əməliyyatları üzrə portalı işə salır
Yaxın zamanda Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin (DGK) tranzit əməliyyatları üzrə müraciətləri birbaşa olaraq emal edən portalının istifadəyə veriləcəyi gözlənilir.
TED.az-ın məlumatına görə, bu barədə bu gün DGK sədri Şahin Bağırov Transxəzər Beynəlxalq Şərq-Qərb Orta Dəhlizi boyu “Bir pəncərə” prinsipindən istifadə etməklə tranzit gömrük prosedurunun sadələşdirilməsi layihəsi üzrə çoxtərəfli görüşdə jurnalistlərə deyib.
Onun sözlərinə görə, DGK gömrük prosedurlarının sürətləndirilməsi üçün rəqəmsal vasitələr tətbiq etmək niyyətindədir.
"Şərq-Qərb Orta Dəhlizi boyu “Bir pəncərə” prinsipindən istifadə etməklə gömrük prosedurlarının keçirilməsi məqsədlərinin əldə edilməsi planlaşdırılır. Yaxın zamanda DGK-nın tranzit əməliyyatları üzrə müraciətləri birbaşa olaraq emal edən portalının istifadəyə veriləcəyi gözlənilir. İlk növbədə çatmaq üzrə olan yüklərə dair məlumatlar almaq üzrə məqsədləri əldə etmək niyyətindəyik. Yük fiziki olaraq Azərbaycan ərazisinə daxil olduqdan sonra biz minimal müddətdə onu rəsmiləşdirərək göndərə biləcəyik", - o deyib.
Ş.Bağırov həmçinin Azərbaycanın yük daşımaları üzrə beynəlxalq konvensiyaların tətbiqi üzərində çalışmağa davam etdiyini qeyd edib.
TED + bölməsindən digər xəbərlər
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD












