AZ

NATO əməkdaşlarına "TikTok"u yükləmək qadağan edilib

cb1b23a1be72fdec1130b3ee275ef8c5.jpg
31.03.2023 15:20

NATO təhlükəsizlik səbəbindən əməkdaşlarına "TikTok" sosial şəbəkə tətbiqini iş cihazlarına yükləməyi qadağan edib.

 

TED.az-ın məlumatına görə, bu barədə "CNN" televiziya kanalı NATO nümayəndəsində istinadən bildirib.

 

"Kibertəhlükəsizlik NATO üçün əsas prioritetdir. NATO xidməti istifadə üçün tətbiqlərin seçilməsinə ciddi tələblər qoyur. TikTok NATO tərəfindən təqdim edilən cihazlarda mövcud deyil", - deyə telekanala alyansın yüksək rütbəli rəsmisi deyib.

Dünya bölməsindən digər xəbərlər

Daha çox