Notariusların xarici ölkələrdə tərtib edilmiş sənədləri qəbul etmələri ilə bağlı məsələlər təkmilləşdirilir

Notarius tərcüməçi tərəfindən elektron imza ilə təsdiqlənmiş tərcümənin düzgünlüyünü elektron qaydada təsdiq edə biləcək.
TED.az xəbər verir ki, bu məsələ Milli Məclisin aprelin 7-də keçirilən plenar iclasının gündəliyinə daxil edilmiş “Notariat haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində (birinci oxunuşda) əksini tapıb.
Təqdim edilən qanun layihəsinə əsasən notarius tərəfindən kommersiya hüquqi şəxslərinin nizamnamə kapitalı, təsisçilərin (iştirakçıların) təsisçi (iştirakçı) səlahiyyətlərinin həyata keçirilməsi və onların nizamnamə kapitalındakı payları ilə əlaqədar notariat hərəkətlərinin aparılması zamanı lazım olan məlumat və sənədlərin tələb edilməsinin hüquqi əsasları təkmilləşdirilir. Belə ki, Qanuna təklif edilən dəyişikliyə uyğun olaraq, qeyd edilən notariat hərəkətləri aparıldığı zaman notarius, kommersiya hüquqi şəxslərinin təsisçiləri (iştirakçıları), onların nizamnamə kapitalındakı payları barədə məlumatlarla yanaşı, həm də kommersiya hüquqi şəxslərinin nizamnamələri və dövlət qeydiyyatı haqqında şəhadətnamələri barədə məlumatları da elektron informasiya sistemləri vasitəsilə elektron sorğu əsasında əldə edəcəkdir.
Qanun layihəsində, həmçinin notariusun tərcüməçi tərəfindən elektron imza ilə təsdiq edilmiş tərcümənin düzgünlüyünü elektron qaydada təsdiq edə bilməsi müəyyən olunur. Təklif edilən dəyişikliklərdən biri də notariusların xarici ölkələrdə tərtib olunmuş sənədləri qəbul etmələri ilə bağlı məsələlərin (apostil, leqallaşdırma) təkmilləşdirilməsini nəzərdə tutur.
Qanun layihələri səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
TED + bölməsindən digər xəbərlər
Adobe iPhone üçün yeni kamera proqramı buraxdı!


"Bakcell"in brend strategiyası nüfuzlu Filip Kotlerin nəşrində


Meta AI komandasını genişləndirir!

“Bakcell” “PwC illik CEO sorğusu”nda iştirak edib


“Bakcell” 4-cü “YAŞAT” düşərgəsinin tərəfdaşıdır


Galaxy Z Fold 7 üçün kritik inkişaf: Onun prosessoru ortaya çıxdı!


ChatGPT populyar xüsusiyyətini pulsuz təqdim edir!


Gənclər sosial təsir üçün yarışdı - Trendyol və PAŞA Holding ideya marafonu təşkil etdi


Xiaomi Smart Band 10 tezliklə satışa çıxarılacaq

"Ağıllı Şəhərlər üçün "iTech Group"-dan Ecolight Həlli"


“Bakcell” “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə qoşuldu


Gözlənilən baş verdi! Elon Musk istefa verdi


iPhone-dan Android-ə keçid daha asanlaşır


Instagram batareyanın boşaldılması problemini həll edib


“Bakcell” regionun ən nüfuzlu innovasiya sammitinin tərəfdaşı olacaq


“Bakcell” süni intellekt təlimi təşkil etdi


iOS 19 batareya istifadəsini süni intellektlə idarə edəcək


Ən yaxşı ekranlı Samsung modelləri! - May 2025


“Bakcell” və “Birbank” Azərbaycanda ilkə imza atdı


Yolun sonu: Samsung məşhur telefonu üçün yeniləmə dəstəyini kəsdi!


Galaxy Z Flip FE üçün yaxşı və pis xəbər


iPhone 17 Pro-nun RAM tutumu ortaya çıxdı!


“Bakcell” “Ən uğurlu rebrendinq layihəsi” mükafatı ilə təltif olundu


“Volkswagen” konserninin gəliri rekord dərəcədə azalıb

