AZ

Volkswagen yenilənmiş Teramont krossoveri təqdim etdi

84b4915447a0ff6721e0b16532d466b3.jpg
07.09.2019 10:20

Alman avtomobil nəhəngi Volkswagen Çenduda başlayan şou çərçivəsində Teramont krossoverinin yeni versiyasını təqdim edib.

 

TED.az xarici mətbuata istinadən xəbər verir ki, yeni modelin kuzovu dizayn və interyer baxımından əhəmiyyətli dərəcədə fərqlənir. İstehsalçı əvvəlki səviyyədə saxlanılan texniki parametrləri dəyişməyib. Avtomobil daha gözəgəlimli radiator barmaqlıqlarına, eləcə də LED faralara malikdir. Arxa hissədə müasir fənərlər tətbiq edilib.

 

 

Salonda multimedia sisteminin böyük ekranı yerləşir. Yenilənmiş modelin qiyməti kimi satışa çıxarılma tarixi də açıqlanmır.

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox