"Birbank"ın yeni QR-kodla ödəniş üsulu 2% keşbek qazandırır
Ölkənin ilk rəqəmsal bankı "Birbank"a yeni ödəniş üsulu əlavə edildi. Belə ki, istifadəçilər “QR ilə ödə” stikerini gördükləri istənilən yerdə "Birbank" tətbiqinin “QR” hissəsindən ödəniş edə, üstəlik buna görə 2% keşbek qazana bilərlər.
Bunun üçün istifadəçi ödəniş zamanı ilk olaraq kassirə ödənişi QR-kod ilə edəcəyini bildirməli, Birbank mobil tətbiqinin əsas səhifəsində aşağıda yerləşən “QR” hissəsinə keçid etməli və kassirin təqdim etdiyi QR-kodu "Birbank" ilə skan edərək ödənişi tamamlamalıdır.
Yeni ödəniş üsulunu yalnız "Birbank" hesabına bağlı olan şəxsi "Kapital Bank" kartları ilə həyata keçirmək mümkündür. Əgər istifadəçi ödəniş etdiyi sahə üzrə daha çox keşbek qazandıran digər aktiv kampaniyaya qoşulubsa və ya əlavə keşbek kateqoriyası seçibsə ödənişə daha yüksək faizli keşbek hesablanır. Bundan əlavə, ödəniş edilən məntəqə "Birbank" partnyorudursa və daha yüksək keşbek təklif edirsə ödənişə yüksək keşbek faizi tətbiq edilir.
Ödənişin geri qaytarılması zamanı QR-kod mütləq ödəniş icra olunan Birbank hesabı vasitəsilə skan edilməlidir. Yeni funksiya ilə aylıq qazanıla bilən maksimum keşbek 500 AZN-dir. Toplanan keşbeki "Birbank" mobil tətbiqində keşbek kabinetindən izləmək mümkündür. Ətraflı məlumat üçün: bir.bank/bbqrp
"Birbank" kartı haqqında ətraflı məlumat üçün birbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya kartın "Facebook" və "Instagram" səhifəsinə müraciət edə bilərsiniz. "Birbank" kartını sifariş vermək üçün Birbank tətbiqini yükləyin, “1” yazıb 8196 qısa nömrəsinə SMS göndərin, "WhatsApp" vasitəsilə (+994 50) 999 81 96 nömrəsinə yazın və ya "Birbank" mərkəzlərinə müraciət edin.
e-Azərbaycan bölməsindən digər xəbərlər
GameTech Bootcamp 2026 başa çatdı: 15 komanda oyun sənayesi üçün həllər təqdim etdi
Bakcell-dən Wi-Fi modemi alın, ilk abunəliyiniz pulsuz olsun
iPhone 18 Pro təqdim edildi: Apple-ın yeni flaqmanı nələr vəd edir?
Apple-ın ilk qatlanan iPhone-u: iPhone Duo nə vəd edir?
Bakcell Peerstack Academy tələbələri üçün hakaton keçirib
Bakcell Mi-Fi ilə interneti özünlə apar və harada olsan, onlayn qal
Galaxy Z Fold8 Ultra: seriyanın ən güclü qatlananmodeli haqqında bilməli olduğunuz hər şey
Bakcell-in “GO” tariflərinə qoşulun və üstünlüklərdən faydalanın
HP OmniBook 3 təqdim edildi: MacBook Neo-ya rəqib olan yeni noutbukun xüsusiyyətləri və qiyməti
Galaxy Z Fold8, Galaxy Z Fold8 Ultra, yoxsa Galaxy Z Flip8? 2026-cı ilin qatlanan telefonları üçün seçim bələdçisi
Galaxy Z Flip8 icmalı: FlexWindow, FlexCam və Samsung-un ən nazik qatlanan telefonu
Bakcell Samsung Galaxy A57 5G üçün xüsusi kampaniyaya start verib
Galaxy Z Fold8-də süni intellekt yeni mərhələyə keçir: Galaxy AI-ın ən ağıllı nəsli artıq Azərbaycandadır
Yeni Galaxy Z Fold8 nədir və bu il nə dəyişib?
Bakcell rouminqi ilə yay tətilində dünyanı kəşf et
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub
Bakcell tətbiqində AirPods və hər gün 1 GB internet qazan



BTC / USD
ETH / USD
LTC / USD
ZEC / USD












