“AzInTelecom” bankçılıq forumunda rəqəmsal xidmət və məhsullar təqdim edəcək

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC Bakıda keçiriləcək VII Beynəlxalq Bankçılıq Forumuna (IBF 2023) qatılacaq. 1-2 noyabr tarixlərində keçiriləcək forumda şirkət “Əsas sponsor” qismində stendlə çıxış edəcək.
MMC-dən TED.az-a bildirilib ki, “Etibarlı, təhlükəsiz və dayanıqlı bankçılıq” devizi ilə təşkil edilən tədbirdə maliyyə sektorundakı innovasiyalarla bağlı sərgi təşkil olunacaq. “AzInTelecom”un stendində şirkətin rəqəmsal bankçılıq üçün faydalı xidmət və rəqəmsal məhsulları təqdim ediləcək. Bir sıra rəqəmsal həllər praktiki formada iştirakçılara nümayiş olunacaq.
Xüsusilə banklar üçün unikal imkanlar təqdim edən SİMA Rəqəmsal Həllər Platformasına daxil olan SİMA rəqəmsal imza, SİMA KYC, “SİMA Pay” məhsulları və bulud xidmətləri ilə maraqlanan şəxslər “AzInTelecom”un stendinə yaxınlaşaraq ətraflı məlumat ala bilərlər. İştirakçılar, həmçinin “SİMA Pay” həllinin demo versiyasını praktiki olaraq test edə, “SİMA İmza” ilə bağlı son yeniliklərlə tanış ola bilərlər. Eləcə də artıq istifadəyə verilən SİMA KYC həllinin iş prinsiplərini öyrənə bilərlər. Stenddə viktorinanın keçirilməsi və fərqlənən iştirakçılara hədiyyə verilməsi də nəzərdə tutulub.
Qeyd edək ki, SİMA Rəqəmsal Həllər Platformasına daxil olan “SİMA İmza” mobil tətbiqi artıq 600 mindən çox istifadəçi tərəfindən yüklənilib. Hazırda 30-a yaxın qurumla inteqrasiya yekunlaşıb, 100-dən artıq inteqrasiya davam etdirilir. Artıq 6 bankın müştəriləri müxtəlif bank əməliyyatlarını (kredit götürmə, debet kart sifarişi, sənədlərin imzalanması və s.) “SİMA İmza” ilə heç yerə getmədən, növbə gözləmədən və kağız sənədlər toplamadan həll edirlər. Hüquqi olaraq əl imzasına bərabər tutulan “SİMA İmza” bankların iş yükünün azaldılması üçün zəmin yaradır. Həmçinin vətəndaşlar SİMA KYC-nin biometriya texnologiyası ilə “m10” tətbiqində identifikasiyadan keçərək kimliyini təsdiqləyə bilirlər.
TED + bölməsindən digər xəbərlər
Adobe iPhone üçün yeni kamera proqramı buraxdı!


"Bakcell"in brend strategiyası nüfuzlu Filip Kotlerin nəşrində


Meta AI komandasını genişləndirir!

“Bakcell” “PwC illik CEO sorğusu”nda iştirak edib


“Bakcell” 4-cü “YAŞAT” düşərgəsinin tərəfdaşıdır


Galaxy Z Fold 7 üçün kritik inkişaf: Onun prosessoru ortaya çıxdı!


ChatGPT populyar xüsusiyyətini pulsuz təqdim edir!


Gənclər sosial təsir üçün yarışdı - Trendyol və PAŞA Holding ideya marafonu təşkil etdi


Xiaomi Smart Band 10 tezliklə satışa çıxarılacaq

"Ağıllı Şəhərlər üçün "iTech Group"-dan Ecolight Həlli"


“Bakcell” “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə qoşuldu


Gözlənilən baş verdi! Elon Musk istefa verdi


iPhone-dan Android-ə keçid daha asanlaşır


Instagram batareyanın boşaldılması problemini həll edib


“Bakcell” regionun ən nüfuzlu innovasiya sammitinin tərəfdaşı olacaq


“Bakcell” süni intellekt təlimi təşkil etdi


iOS 19 batareya istifadəsini süni intellektlə idarə edəcək


Ən yaxşı ekranlı Samsung modelləri! - May 2025


“Bakcell” və “Birbank” Azərbaycanda ilkə imza atdı


Yolun sonu: Samsung məşhur telefonu üçün yeniləmə dəstəyini kəsdi!


Galaxy Z Flip FE üçün yaxşı və pis xəbər


iPhone 17 Pro-nun RAM tutumu ortaya çıxdı!


“Bakcell” “Ən uğurlu rebrendinq layihəsi” mükafatı ilə təltif olundu


“Volkswagen” konserninin gəliri rekord dərəcədə azalıb


Həftənin ən çox oxunanları
Meta AI komandasını genişləndirir!

"Bakcell"in brend strategiyası nüfuzlu Filip Kotlerin nəşrində


“Bakcell” 4-cü “YAŞAT” düşərgəsinin tərəfdaşıdır


“Bakcell” “PwC illik CEO sorğusu”nda iştirak edib


Adobe iPhone üçün yeni kamera proqramı buraxdı!

