AZ

“SİMA Token” ilə 100 milyondan çox imzalama prosesi həyata keçirilib

 

92817b1ca9b1ca3b13f395264cca6143.png
25.01.2024 11:57

Azərbaycanda ilk elektron imza olan “SİMA Token” ilə 104 milyondan çox imzalama prosesi həyata keçirilib.

 

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən TED.az-a bildirilib ki, əl imzası ilə eyni hüquqi qüvvəyə malik olan elektron imza 12 ildir ki, vətəndaşlar, sahibkarlar, hüquqi şəxslər, həmçinin dövlət qurumları tərəfindən istifadə edilir.

 

Qeyd edək ki, “SİMA Token” “AzInTelecom” MMC-nin yaratdığı SİMA rəqəmsal həllər platformasına daxildir.

TED + bölməsindən digər xəbərlər

Daha çox