AZ

Ağdamda evin zirzəmisindən silah-sursat aşkarlandı

a3b4c950e1e00aff3c71a7cd46bba779.jpg
12.02.2024 13:50

Ağdam Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlər zamanı silah-sursat aşkar edilib.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan TED.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən rayonun Sırxavənd kəndi ərazisində yerləşən fərdi yaşayı evinin zirzəmisindən 6 ədəd avtomat, 1 ədəd pulemyot, müxtəlif çaplı patronlar və digər sursatlar aşkar edilərək götürülüb.

 

Bu istiqamətdə tədbirlər davam etdirilir.

 

QARABAĞ bölməsindən digər xəbərlər

Daha çox