AZ

 “Azercell”in “Instagram” izləyicilərinin sayı 200 000 oldu

29e856105e4566b315b048c6fc942b23.jpg
03.04.2024 11:57

Lider mobil operatordan dəyərli hədiyyələr qazanmaq imkanı

 

“Azercell”in “Instagram” səhifəsində izləyici sayı 200 mini ötdü. Şirkət 2012-ci ildən etibarən aktiv şəkildə idarə etdiyi səhifənin izləyici auditoriyasını informativ, maraqlı və faydalı məzmunlu paylaşımlar vasitəsilə genişləndirməyə müvəffəq olub.

 

Ümumilikdə, “Azercell”in “Facebook”, “X”, “Instagram”, “LinkedIn” və “YouTube” platformalarında istifadəçi sayı 1 milyonu ötür. Bu kanallarda lider mobil operator keçirdiyi layihələr, xüsusi təkliflər və kampaniyalar haqqında məlumat paylaşır, eləcə də, müştəriləri ilə real vaxt rejimində birbaşa ünsiyyət qurur. Ölkədə sosial media üzərindən müştəri xidmətlərini təqdim edən ilk mobil operator olaraq “Azercell” bu istiqamətdə öz fəaliyyətini uğurla davam etdirir, abunəçiləri tərəfindən ünvanlandırılan sualları operativ şəkildə cavablandırır.

 

Həmçinin şirkət rəsmi sosial media hesablarında təşkil etdiyi tədbirlərdən canlı yayımlar açır, eyni zamanda, müsabiqələr keçirərək izləyicilərinə dəyərli hədiyyələr qazanmaq imkanı verir. Qeyd edək ki, aprel ayının 2-dən etibarən “Azercell” “Instagram” platformasında növbəti müsabiqəyə start verib. Müvafiq paylaşımın şərh bölməsində öz Instagram səhifəsinin izləyici sayını yazan hər kəs müsabiqədə iştirak edə bilər. Müsabiqə aprelin 8-i 14:00-dək davam edəcək.

 

“Azercell”i sosial mediada izləyin və ən son yeniliklərdən xəbərdar olun!

 
 
 
 
 
 
 
 
 
 
 

Texnologiya bölməsindən digər xəbərlər

Daha çox