AZ

“Telegram”ın aylıq auditoriyası 900 milyon nəfərə çatıb

 

5fc9516799c02e5f00da25aef204bac3.jpg
12.04.2024 11:57

“Telegram” messencerinin aylıq auditoriyası 900 milyon nəfərə çatıb.

 

TED.az xəbər verir ki, bu barədə platformanın yaradıcısı Pavel Durov sosial şəbəkə hesabında yazıb. Onun sözlərinə görə, auditoriyanın yarısı bu kanaldan hər gün istifadə edir.

 

Eyni zamanda, “DataAI” platformasının məlumatına görə, “Telegram” dünyada ən çox istifadə edilən və yüklənən altıncı tətbiq oldu.

 

Pavel Durov əlavə edib ki, “Telegram” bu ilin birinci rübündə müsbət pul axınına nail olub. Platforma 2024-cü ildə mənfəət əldə etmək yolundadır.

Dünya bölməsindən digər xəbərlər

Daha çox